Prezident İlham Əliyevin rəhbərliyi uğurlu enerji siyasəti həyata keçirilir

Prezident İlham Əliyevin rəhbərliyi uğurlu enerji siyasəti həyata keçirilir Azərbaycan mötəbər beynəlxalq tədbirə ev sahibliyi etdi. Xəzər regionunda neft-qaz sahəsinin və enerji sektorunun ən önəmli tədbiri olan “Bakı Enerji Həftəsi” öz işinə başlayıb. “Bakı Enerji Həftəsi” 30-cu Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisini, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum” sərgisini özündə birləşdirir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz çox uğurlu enerji siyasəti həyata keçirir. Dünyanın nüfuzlu dövlətləri Azərbaycanla enerji sahəsində fəal əməkdaşlıq edirlər. Bu, həyata keçirilən transmilli layihələrin reallaşmasında mühüm amildir. Azərbaycanın neft-qaz və enerji sektorunun inkişafı ölkəmizin iqtisadi yüksəlişinə töhfə verib, regional və qlobal əməkdaşlıq üçün əlavə imkanlar yaradıb. Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi layihəsi, o cümlədən TANAP regionun əhəmiyyətini artıraraq Avropa üçün yeni enerji mənbələrinin əsasını qoyub. Bütün bu layihələr Azərbaycanın regionun əsas iştirakçısı və beynəlxalq arenada əhəmiyyətli aktor kimi önəmini artırır.
Azərbaycan yeni qlobal çağırışlar fonunda Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında öz rolunu gücləndirir. Prezident İlham Əliyevin vurğuladığı kimi, builki Bakı Enerji Həftəsi daha dayanıqlı və təhlükəsiz enerji güclərinin yaradılması sahəsində yeni əməkdaşlıq üçün qlobal enerji bazarının əsas oyunçularını, beynəlxalq şirkətləri bir araya gətirir. Azərbaycanın bu prosesdə rolu dünya miqyasında hər zaman yüksək dəyərləndirilir. Azərbaycan həm də regional və qlobal bazarların sabitləşdirməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir.
Bu gün torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycanın enerji potensialının dünyaya açılması üçün yeni imkanlar yaradır və bu, ölkəmizin gələcək inkişafına müsbət təsirini göstərəcək. Bu amil həm də, ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu əhəmiyyətli dərəcədə artırır.
Altun İbrahimov-YAP Sabunçu rayon təşkilatının məsləhətçisi

Oxşar xəbərlər