
III Şuşa Qlobal Media Forumu, Azərbaycanın informasiya siyasəti, söz və media azadlığının təşviqi, post-münaqişə dövründə regional sabitlik və beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platformaya çevrilmişdir. Prezident İlham Əliyevin forumdakı çıxışı isə bu proseslərin strateji baxışla necə idarə olunduğunu, eləcə də medianın qlobal siyasətdəki rolunu yeni prizmadan necə qiymətləndirdiyini nümayiş etdirir. Bu məqalədə Prezidentin çıxışının əsas tezisləri tədqiq olunur və onların siyasi, informasiya və kommunikasiya aspektləri kontekstində əhəmiyyəti analiz edilir.2024-cü ilin iyulunda keçirilən III Şuşa Qlobal Media Forumu həm Azərbaycanın, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən mühüm hadisə kimi dəyərləndirilir. Prezident İlham Əliyevin forumda etdiyi çıxış həm regionda informasiya təhlükəsizliyi, həm də media siyasətinin gələcək istiqamətləri ilə bağlı vacib mövqeləri əks etdirmişdir. Onun çıxışı yalnız aktual media məsələlərini deyil, eyni zamanda dünyada baş verən geosiyasi dəyişikliklərə və Azərbaycanın yeni siyasi reallıqlar fonunda tutduğu mövqeyə də toxunmuşdur.
Prezident İlham Əliyev öz çıxışında Şuşa Media Forumunun artıq ənənəvi xarakter aldığını və beynəlxalq media nümayəndələri üçün dəyərli bir müzakirə məkanı olduğunu vurğulamışdır. Forumun Şuşada – simvolik və strateji baxımdan əhəmiyyətli bir məkanda keçirilməsi, Azərbaycanın post-münaqişə dövründə sülh və dialoqa sadiqliyinin göstəricisidir. Bu, həm də informasiya müharibəsinin getdikcə gücləndiyi bir zamanda regional və qlobal aktorlar üçün açıq müzakirə məkanı yaratmaq baxımından əlamətdar hadisədir.Prezidentin çıxışında Qlobal Media Mühiti və çağırışlar da əks olunub : Prezident Əliyev çıxışında qeyd etmişdir ki, son bir il ərzində dünyada baş verən dəyişikliklər media gündəmini də əsaslı şəkildə transformasiya etmişdir. O, informasiya axınının sürətlənməsi, dezinformasiyanın yayılma sürəti və sosial medianın təsir imkanlarının artması kimi faktlara toxunaraq, müasir medianın qarşısında duran çətinlikləri bir daha gündəmə gətirmişdir. Bu, media etikası, informasiya təhlükəsizliyi və ictimai rəyin formalaşmasında medianın məsuliyyətini aktuallaşdırır.Prezident İlham Əliyev çıxışında medianın yalnız informasiya ötürən bir vasitə deyil, eyni zamanda ictimai şüurun formalaşmasında, dövlətlərin beynəlxalq imicinin yaradılmasında və hətta konfliktlərin idarə edilməsində əsas aktor olduğunu bildirmişdir. O, Azərbaycan mediasının bu istiqamətdəki fəaliyyəti ilə yanaşı, beynəlxalq media qurumlarının da obyektiv və məsuliyyətli davranış sərgiləməli olduğunu vurğulamışdır.Çıxışda vurğulanan əsas məqamlardan biri də işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işlərinin şəffaf şəkildə media vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılmasıdır. Prezident İlham Əliyev Konqres Mərkəzinin Xankəndinin Zəfər meydanında yerləşməsini simvolik hadisə kimi qiymətləndirmiş və bu məkanın jurnalistlər üçün açıq platforma olduğunu bildirmişdir. Bu, həm də medianın regiondakı real dəyişiklikləri yerində müşahidə etməsi üçün imkanlar yaradır.III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin çıxışı bir neçə aspektdə strateji və analitik baxımdan əhəmiyyətlidir:Azərbaycan dövlətinin informasiya siyasətində beynəlxalq əməkdaşlıq və açıq dialoqa önəm verdiyini təsdiqləyir.Media mühitində baş verən dəyişikliklərin dövlət səviyyəsində necə qiymətləndirildiyini göstərir.Post-münaqişə dövründə sülh quruculuğu və yenidənqurma işlərinin mediada işıqlandırılmasının əhəmiyyətini vurğulayır.Regional sabitliyin informasiya sabitliyindən ayrılmaz olduğunu ortaya qoyur.
Bakı şəhəri 69 nömrəli tam orta məktəbin texnologiya müəllimi Aida Hüseynova