“Prezident İlham Əliyevin III Şuşa Qlobal Mediya Forumunda çıxışı”

“Prezident İlham Əliyevin III Şuşa Qlobal Mediya Forumunda çıxışı”
Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumu öz miqyası, mövzu aktuallığı və yüksək səviyyəli iştirakçıları ilə bu il də xüsusi diqqət çəkdi. III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşün bu il ilk dəfə Xankəndi şəhərində keçirilməsi həm siyasi, həm mənəvi, həm də strateji baxımdan tarixi əhəmiyyət daşıyır. 52 ölkədən 140-a yaxın qonağın iştirak etdiyi bu beynəlxalq tədbir Azərbaycanın informasiya diplomatiyasındakı uğurlarının, söz və media azadlığına verdiyi önəmin növbəti göstəricisidir. Forumun əhəmiyyətini artıran əsas məqamlardan biri isə Prezident İlham Əliyevin tədbirdə şəxsən iştirakı və media nümayəndələrinin suallarını açıq şəkildə cavablandırması oldu. Dövlət başçısı bir sıra mühüm məsələlərə toxunaraq, süni intellekt dövründə medianın rolu, informasiya təhlükəsizliyi və dezinformasiya ilə mübarizə, Ermənistanla sülh prosesi və digər mövzuları ətraflı şərh etdi. Onun çıxışı, ölkənin media siyasətində şəffaflıq və dialoqa verdiyi önəmin bariz nümunəsi kimi yadda qaldı və bütün dünya mediasının diqqət mərkəzində oldu. Prezident İlham Əliyevin Forumda səsləndirdiyi hər fikir, verdiyi hər cavab təkcə diplomatik ritorika deyildi, xalqın iradəsi, dövlətin hüquqi mövqeyi və ədalətin səsi idi. Azərbaycan lideri öz çıxışında beynəlxalq media nümayəndələrinə açıq və şəffaf mesajlar verdi, regionda sülhün və əməkdaşlığın real ünvanının məhz Azərbaycan olduğunu vurğuladı. Prezidentin vurğuladığı əsas məsələlərdən biri də informasiya təhlükəsizliyi və qərəzli media kampaniyalarına qarşı mübarizə idi. Azərbaycanın beynəlxalq informasiya məkanında getdikcə daha fəal rol oynaması bu baxımdan strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyev sualları cavablandırarkən çox mühüm məsələlərə toxundu, önəmli mesajlar verdi. Dövlət başçısı Zəngəzur dəhlizi məsələsinə xüsusi diqqət ayırdı. Onun sözlərinə görə, bu dəhliz sadəcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında fiziki bağlantıdan ibarət deyil. Azərbaycanın bu sahədə gördüyü işlər - Bakı limanının genişləndirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi, gömrük sisteminin rəqəmsallaşdırılması - ölkənin nəqliyyat və logistika mərkəzinə çevrilməsi üçün atılan mühüm addımlardır. Zəngəzur dəhlizinin işə düşməsi həm Şimal-Cənub, həm də Şərq-Qərb marşrutlarının yeni istiqamətlərini formalaşdıracaq. Zəngəzur dəhlizi eyni zamanda Türk Dövlətləri Təşkilatının üzvləri üçün strateji birləşdirici halqadır. Bu dəhliz reallaşarsa, Orta Asiya ölkələri, xüsusilə Özbəkistan və Qazaxıstan, daha qısa və təhlükəsiz yolla Türkiyəyə, oradan da Avropa bazarlarına çıxış əldə edəcəklər. Eyni zamanda, bu marşrut Xəzər regionunun inteqrasiyasını gücləndirəcək və iqtisadi əməkdaşlığın yeni mərhələsini açacaq".Prezident İlham Əliyev Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, geniş regional miqyasda – Mərkəzi Asiya, Avropa və Yaxın Şərq arasında körpü rolunu gücləndirməyi hədəflədiyini vurğulayıb. Əsas prioritetlər sırasında Azərbaycanın artıq faydalı qazıntılar sektorundan kənara çıxaraq, informasiya texnologiyaları və süni intellekt sahəsində qabaqcıl texnologiyalarla işləməsi önə çəkilir. Eyni zamanda, regional inteqrasiya və infrastruktur layihələri ölkənin inkişaf planlarında xüsusi yer tutur. Prezident İlham Əliyev bildirib ki, tranzit gəlirləri vacib olsa da, əsas məqsəd tranzit marşrutları boyunca sənaye və digər sahələrin inkişaf etdirilməsi, əlavə sərmayələrin cəlb edilməsidir. Daimi sabitlik və təhlükəsizlik, qonşu ölkələrlə səmimi və konstruktiv münasibətlər isə Azərbaycanın tranzit potensialının reallaşması üçün əsas şərtlər kimi önə çəkilib. Qarabağ münaqişəsinin sona çatması bölgədə geniş əməkdaşlıq perspektivlərini açıb. Dövlət başçısının həmçinin Avropanın Azərbaycan qazına tələbatının artdığını qeyd edərək, əlavə ixrac imkanlarının genişləndirilməsi üçün Avropa tərəfinin maliyyə dəstəyi məsələsində daha praqmatik yanaşma göstərməsinin vacibliyini vurğulayıb. Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu fikirlər göstərir ki, Azərbaycan jurnalistləri və media qurumları artıq beynəlxalq informasiya məkanında fəal iştirak edirlər. Onlar ölkəmiz haqqında həqiqətləri yaymaqla yanaşı, Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyalara da faktlarla, əsaslı mövqelərlə cavab verirlər. Bu da müasir dövrün informasiya savaşında çox vacib məqamdır. Hesab edirəm ki, bu həm ölkəmizdə söz və ifadə azadlığına yaradılan şəraitin, həm də media təmsilçilərinin peşəkarlığının göstəricisidir. Dövlətimizin başçısı çıxışında Azərbaycan mediasının bu gün gəlib çatdığı inkişaf mərhələsinə toxundu və bildirdi ki, bu gün Azərbaycan mediası həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb. Bu fikirlər göstərir ki, Azərbaycan jurnalistləri və media qurumları artıq beynəlxalq informasiya məkanında fəal iştirak edirlər. Onlar ölkəmiz haqqında həqiqətləri yaymaqla yanaşı, Azərbaycan əleyhinə aparılan qərəzli kampaniyalara da faktlarla, əsaslı mövqelərlə cavab verirlər. Bu da müasir dövrün informasiya savaşında çox vacib məqamdır. Hesab edirəm ki, bu həm ölkəmizdə söz və ifadə azadlığına yaradılan şəraitin, həm də media təmsilçilərinin peşəkarlığının göstəricisidir.
Maştağa qəsəbəsi,Ə.Vahid adına 293№ tam orta məktəbin tarix müəllimi Aytən Musayeva

Oxşar xəbərlər