Tələbələrin diqqətinə: kirayə adı ilə dələduzluq edilir

Tələbələrin diqqətinə: kirayə adı ilə dələduzluq edilir Yeni tədris ilinin başlamasına az qalmış kirayə ev vermək adı ilə dələduzluq edənlərin sayı artıb.

Axar.az xəbər verir ki, bu barədə təhsil eksperti Adil Vəliyev paylaşım edib.

Ekspert bildirib ki, yaxınları bu dələduzluğun qurbanı olub:

“Keçən gün bir dostumuzun rayonda yaşayan qohumları Bakıda universitetə qəbul olduqları üçün elan saytlarından birindən ev bəyəniblər. Saytda yazılan nömrə ilə əlaqə saxlayanda qarşı tərəf 100 manat beh (pul) göndərməli olduğunu deyib. Bəli, düşündüyünüz kimi, pul karta göndəriləndən sonra nömrəyə zəng çatmayıb.

Bu arada onlayın razılaşmadan da çəkinin. Çünki sizə göndərilən vəsiqə sizdən öncəki qurbanın vəsiqəsi, ev şəkilləri isə fərqli saytlardan götürülmüş ola bilər.

Ona görə də mümkün qədər universitet yataqxanalarına üz tutun. Yer olmasa, bir neçə gün öncədən qəbul olduğunuz universitetin yerləşdiyi şəhər və ya rayona gəlib, ev sahibi ilə rəsmi müqavilə əsasında kirayə müqaviləsi bağlayın ki, daha sonrakı qurban siz olmayasınız”.

Oxşar xəbərlər