
Çinin Baş Gömrük İdarəsinin (GAC) məlumatına istinadən xəbər verir ki, göstərici 143,76 milyard dollar təşkil edib.
Açıqlanan məlumatlara əsasən, səkkiz ayda Çin mallarının Rusiyaya ixracı 9,7 faiz azalaraq 64,77 milyard dollar olub. Rusiyadan Çinə məhsul ixracı isə 9,1 faiz azalaraq 78,99 milyard dollar təşkil edib.
Nəticədə yanvar-avqust aylarında Rusiyanın Çinlə ticarətində müsbət saldosu 14,22 milyard dollar olub ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 2,8 faiz azdır.
Avqustda Çin və Rusiya arasında ticarət göstəricisi iyul ayı ilə müqayisədə 6,4 faiz azalaraq 17,9 milyard dollar təşkil edib. O cümlədən Çindən ixrac 8,55 milyard dollar (azalma 5,8 faiz), Rusiyadan idxal 9,35 milyard dollar (azalma 6,9 faiz) olub.