Qarabağdan köçən ermənilər kütləvi şəkildə müharibəyə qoşulur

Qarabağdan köçən ermənilər kütləvi şəkildə müharibəyə qoşulur 2023-cü ildə Qarabağ ərazisindən könüllü olaraq köçən ermənilər kütləvi şəkildə Rusiyaya gedir və Ukraynadakı savaşa qoşulmaq üçün müraciət edirlər.

Axar.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Nəşrin dolayı etirafına görə, Azərbaycanda yaşadıqları müddətdə terror fəaliyyətlərinə öyrəşdirilən bu şəxslər hazırda Ermənistanda iş tapmaqda çətinlik çəkirlər. Rusiyanın isə məzdlulara geniş güzəştlər, o cümlədən yüksək maaş verdiyini nəzərə alan ermənilər Ukraynada işğalçı ordunun tərkibində vuruşmaq üçün növbəyə durublar.

“Hraparak” ermənilərin yüksək maaş verilən “Arbat” batalyonuna qoşulduğunu da qeyd edib.

Ukraynada pul müqabilində döyüşməyə gedən ermənilərin Rusiya vətəndaşlığını sürətli şəkildə aldığı bildirilir.

Oxşar xəbərlər