
Məsələ ilə bağlı “Qafqazinfo”ya danışan sənətkar yayılan informasiyanı təkzib edib.
Xanəndə bildirib ki, bu söhbət tamamilə yalandır: “Hansısa “makler” götürüb ora yerləşdirib. Ev satanın adını niyə yazırlar ora?! Bu söhbət mənlik deyil. Villa dostumuzundur, səhv biliblər”.
Qeyd edək ki, sözügedən mülkün Bakının “Vorovski” adlanan ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşdiyi bildirilir.