Ukrayna ordusu Donetskdə daha bir kəndi azad etdi – “Zariçne tam nəzarətimizdədir”

Ukrayna ordusu Donetskdə daha bir kəndi azad etdi – “Zariçne tam nəzarətimizdədir” Ukrayna Silahlı Qüvvələrinin 425-ci ayrı hücum polku “Skelya” Donetsk vilayətində yerləşən Zariçne kəndini tam nəzarətə götürüb. Bu barədə məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Rəsmi açıqlamada bildirilir ki, Ukrayna hərbçilərinin uğurlu əməliyyatı nəticəsində kəndin bütün ərazisi azad olunub və hazırda tam nəzarət Ukrayna ordusunun əlindədir.

Ukrayna Baş Qərargahı yayımladığı videoda əsgərlərin kənd üzərində dövlət bayrağını qaldırması və ərazidə tam möhkəmlənməsi görüntülənib.

Bu uğur Donetsk cəbhəsində son həftələr Ukrayna qüvvələrinin ardıcıl irəliləyişinin davamı kimi qiymətləndirilir.

Oxşar xəbərlər