
Müasir Azərbaycan dövlətinin qurtuluş və inkişaf dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan ordusunun qurucusu dövlətimizin memarı Heydər Əliyevdir.Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu Ümummilli Lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən – günə daha da möhkəmlənir. 26 iyun –Silahlı Qüvvələr Günü Azərbaycan xalqının hərbi şücaətini,vətənə sədaqətini və qəhrəmanlıq ruhunu əks etdirən xüsusi bir gündür.1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə yaradılmış milli ordu bu tarixin başlanğıcı oldu. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə bu tarix rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi və hər il dövlət səviyyəsində qeyd olunmağa başlandı. Ulu Öndər Heydər Əliyevin Azərbaycan SSR-yə rəhbər olduğu dövrdə milli karların yetişdirilməsinə xüsusi önəm vermiş və bu məqsədlə Cəmşid Naxçıvanski adına hərbi lisey yaratmışdı. 1991-ci ilin sonlarında SSRİ-nin dağılmasından sonra öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi proseslə üzləşdi. 1991-1994-cü illərdə baş verən Birinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinə həm qəhrəmanlıq, həm də faciə kimi daxil oldu. Müstəqlliyin ilk illərində ordu quruculuğunda ciddi səhvlərə yol verildi. 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. Türkiyə və İsrail və digər müttəfiq dövlətlərlə əməkdaşlıq genişləndi,ordumuz müasir texnologiyalarla silahlandırıldı. 1994-cü il mayın 12-də atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi.1994-cü il aprelin 9-10-da Ulu Öndər Heydər Əliyev Bərdə rayonunda ictimaiyyət nümayəndələri qarşısında bildirmişdi ki,"Azərbaycan xalqı öz müstəqilliyini ,milli azadlığını qoruyub saxlamalıdır.Bunun üçün də Azərbaycanın güclü ordusu olmalıdır. Bu,həm işğal olunmuş torpaqlarımızı düşməndən təmizləmək, həm də gələcəkdə müstəqil Azərbaycanın etibarlı müdafiəsini təmin etmək üçün gərəkdir. Ona görə də orduya diqqət və qayğı göstərmək hər bir vətəndaşın şərəfli borcu olmalıdır."
2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi,Azərbayca tarixinin ən şanslı səhifələrindən birinə çevrildi. 44 gün davam edən bu savaşda Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yüksək peşəkarlıq, dəqiqlik və texnoloji üstünlüklə düşməni darmadağın etdi. Azərbayca ordusu bu müharibədə Bayraktar TB2, kamikadze dronlar, lazerlə idarə olunan raketlər, yüksək dəqiqlik PUA-lar və digər müasir silahlarla düşmənə ağır zərbələr endirdi.
Bu gün Azərbaycan Silahlı Qüvvələri peşəkar,texnoloji cəhətdən inkişaf etmiş və döyüş qabiliyyəti yüksək olan bir orduya malikdir. 26 İyun yalnız bir təqvim günü deyil-bu xalqımızın mübarizə ruhunun, dövlətimizin qüdrətinin və əsgərimizin yenilməzliyinin simvoludur.
Balaxanı qəsəbəsi, 69 saylı tam orta məktəbin
Tarix müəllimi Rumiyyə Səfərova