
Müstəqil Azərbaycanda güclü ordu quruculuğunu qurmaqda əsas məqsəd istənilən şəraitdə və vəziyyətdə yüksək əzm, döyüş və mərdlik göstərən hərbiçilər və qoşun yaratmaqdır. Təsadüfi deyil ki, bu amalla Cəmşid Naxçıvanski adına Hərbi Məktəb, Dövlər Sərhədinin Xidmətinin xüsusi məktəbi yaradılmışdır. Həmin bu məktəblərdə təhsil alan oğullarımız gələcəyin qorxmaz , vətənpərvər, müasir texnika və sursatdan istifadə qabiliyyətinə malik , bir çox dil bilən sərhədçi və kəşfiyyatçıları kimi yetişdirilir.
Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlar davam etdirilir. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olunurlar. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılır, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı. Silahlı Qüvvələrimiz daha da modernləşdirilib, ən son hərbi texnologiyalar orduya cəlb edilib. Möhtəşəm hərbi paradlar da bunu təsdiq edir. Bu paradlar xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarına sədaqət və ehtiramının gözəl nümunəsidir.
Azərbaycan Ordusunun güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi, ordu quruculuğuna düzgün, məqsədli qurulmuş rəhbərliyin etməsi idi. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Məhz güclü ordumuz sayəsində 30 illik həsrəti 44 günə möhtəşəm zəfərlə əvəz etdi. Bütün dünyaya Azərbaycan ordusunun nəyə qadir olduğunu, ölümün üzərinə qorxmadan, əzmlə, öz əqidəsindən dönmədən və qələbəyə inanaraq addımladı. Budur Azərbaycan ordusu, budur Azərbaycan əsgəri!
Zabrat qəsəbəsi, 75 saylı məktəbin
ibtidai sinif müəllimi Könül Əliyeva