Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib

Serbiya-Bolqarıstan  Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib
2023-cü il dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidentı Aleksandr Vuçiçin dəvəti ilə Serbiyanın Niş şəhərinə işgüzar səfərə gedib, səfər zamanı Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Azərbaycan respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mərasimdə iştirak ediblər.
Mərasimdə Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç çıxışında qeyd etdi ki, bu layihə uzun illər bundan əvvəl planlaşdırılmışdı. Onun həyata keçməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq.Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm.
Dövlətimizin başçısı mərasimdə çıxışında qonaqpərvərliyinə görə prezident Aleksandr Vuçiçə təşəkkür edərək, Serbiya-Azərbaycan əlaqələri sürətlə və dinamik şəkildə inkişaf etdiyini bildirdi: “Biz strateji tərəfdaşıq, çünki strateji tərəfdaşlıq haqqında Bəyənnamə imzalamışıq və sözdə, sənəddə və əməldə bu yüksək statusa sadiqliyimizi göstəririk.Onu bildirməliyəm ki, bizim Aleksandrla şəxsi dostluq münasibətimiz böyük dərəcədə Serbiya-Azərbaycan əlaqələrinin inkişafına xidmət etmişdir. Eyni sözləri dostum Radev haqqında da deyə bilərəm. Bolqarıstan da bizi strateji tərəfdaşlıq Sazişi bağlayır. Bütün bunlar göstərir ki, hər üç ölkənin münasibətlərinin çox dinamik, dostluq və strateji tərəfdaşlıq üzərində qurulub”.
Keçən il Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memoranduma görə, Azərbaycan 2027-ci olə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki,ölkəmiz inamla bu hədəfə doğru gedir.
Prezidentimiz çıxışında qeyd etdi ki “Gələcək planlarımız qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır.Bəzəm əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır və 10qiqavat bərpaolunan enerji növlərinin yardılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır”.
Mərasimin sonun ölkə başçıları Qaz interkonnektorunu işə saldılar.
Səfər zamanı iki ölkə rəhbərlərinin təkbətək görüşü baş tutub. Görüşdə Azərbaycan ilə Serbiya arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, əməkdaşlığımızın bundan sonra daha da möhkəmlənəcəyi əminliklə ifadə olundu. Dövlətimizin başçısı Serbiya Prezidentini Azərbaycana səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
Kimya müəllimi Şəbnəm Rəhimova

Oxşar xəbərlər