Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var

Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var
Serbiyanın Niş şəhərində cari ilin 10 dekabr tarixində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirilib. Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev iştirak ediblər. Serbiya ilə çoxtərəfli müttəfiqlik, strateji münasibətlər ölkəmizin Avropa, əsasən də Balkan dövlətləri ilə bağlı siyasətinin prioritet istiqamətidir. Serbiyanın mədən və energetika naziri xanım Dubravka Djedoviç Handanoviç bildirib ki: “Bu layihə uzun illər bundan əvvəl planlaşdırılırdı. Onun həyata keçirilməsi çox uzun çəkdi və biz cəmi bir ildə işi tamamlamağa müvəffəq olduq. Biz qaz nəqli ilə bağlı Azərbaycandan olan dostlarımızla qısa zamanda razılığa gəldik. Əməkdaşlığa görə Azərbaycana, ilk növbədə, minnətdarlığımı bildirmək istəyirəm. Mən, eyni zamanda, Prezident Əliyevə, Azərbaycandan olan həmkarlarımıza və bizimlə birgə gərgin çalışmış hər kəsə minnətdarlığımı bildirmək istərdim”.
Serbiya şirkətləri Azərbaycanda təmsil olunurlar, bizim bu ölkəyə kapital yatırımlarımız var, Serbiyanın infrastruktur layihələrində iştirak edirik. Bu müstəvidə Azərbaycanın Serbiyanın əsas qaz tədarükçüsünə çevrilməsinin xüsusi əhəmiyyəti var. Biz hazırda mavi yanacaq təminatı ilə bağlı Avropanın 10-a yaxın dövləti ilə işbirliyindəyik. Gürcüstandan başlayan yolumuz Serbiya, Albaniyayadək uzanır. Bu kəmərlər şəbəkəsində Serbiya ilə əməkdaşlığımız fikrimcə, xüsusi əhəmiyyət kəsb edir, çünki bu ölkə vasitəsilə qitənin enerji təhlükəsizliyinin təmin olunmasında rolumuzun coğrafiyası daha da genişlənəcək. Yeri gəlmişkən, son interkonnektorun istifadəyə verilməsi bunun göstəricisidir. Bundan əvvəl, Yunanıstanla Bolqarıstanın kəmərlərini birləşdirən interkonnektor istifadəyə verilmişdi. Azərbaycan qazı hələlik Serbiyaya çatdırılmayıb. Serbiya Azərbaycan qazını 2024-cü ilin əvvəlindən etibarən almağa başlayacaq. Bu boru kəmərinin istismara verilməsi, Prezident İlham Əliyevin də mərasimdə dediyi kimi, Azərbaycan qazının coğrafiyasının genişləndirilməsi yönümündə atılan addımdır. Azərbaycan hər il özünün qaz satdığı ölkələrin coğrafiyasını genişləndirir. Əgər biz qaz ixracımıza ekskursiya etsək görərik ki, 2007-ci ildən Azərbaycan qaz idxalçısından, qaz ixracatçısı olan ölkəyə çevrilib. Əvvəlcə Gürcüstan, ardınca Türkiyə Azərbaycan qazının alıcıları oldu. 2020-ci ilin sonuncu günündən Azərbaycan qazının alıcıları sırasına Yunanıstan və İtaliyaya, 2021-ci ildə Bolqarıstan, 2023-cü ildə Rumıniya qoşulub. Bu ilin sonundan isə Macarıstan Azərbaycan qazının kommersiya idxalına başlayacaq. Serbiya da gələn il üçün 400 milyon kubmetr qazın alqı-satqısı ilə bağlı Azərbaycan tərəfi ilə kommersiya sazişi imzalayıb. 2027-ci ildən artıq bu qaz həcmlərinin 1 milyard kubmetrə qədər artırılması planlaşdırılır. Azərbaycan qazının növbəti alıcıları siyahısında daha iki Avropa dövləti var ki, bunlar Slovakiya və Albaniyadır. Slovakiya 1 milyard kubmetr, Albaniya 700 milyon kubmetr həcmində Azərbaycandan qaz almaq niyyətindədir. Hələ kommersiya sazişləri imzalanmasa da, bu yöndə işlər gedir. Çünki memorandumlar mövcuddur. Azərbaycan qaz istehsalçısı kimi, bütün bu addımlarla öz xammalını bazarda satmaq imkanı qazanır. İstehlakçı ölkələr üçün 2022-ci ildən enerji bazarında yaşanan təlatümlər hələ bitməyib, davam edir. O qırılan enerji zəncirinin bərpası yönündə addımlar atılır. Serbiya-Bolqarıstan birləşdirici kəməri, Azərbaycandan qaz idxalına başlanmasına hazırlıq, bu yöndə atılan addımlar, bundan sonrakı dövrdə hərtərəfli əlaqələrin artırılmasına, intensivliyinə təkan verən məqamdır. Serbiya bir çox ölkələrə, xüsusən də Pakistana və digər xarici dövlətlərə silah, texniki avadanlıq ixrac edir. Görünür ki, Azərbaycandan qaz ixrac edən Serbiya iqtisadi əməkdaşlığın hərbi əməkdaşlıq müstəvisinə keçməsində maraqlıdır və buna görə də Prezident İlham Əliyevin səfəri çərçivəsində silah-sursatın nümayişi təşkil olunub. Azərbaycanın Müdafiə Nazirliyi heyətinin də orda olmasını nəzərə alaraq hesab etmək olar ki, gələcəkdə Azərbaycanla Serbiya arasında hərbi-texniki sahədə əməkdaşlıq və hərbi təhsil üzrə müqavilələrin imzalanması mümkündür.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
müəllimi Həsən Xələfov

Oxşar xəbərlər