Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir

Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir
Ölkəmizdə son illərdə Cənab Prezident İlham Əliyev tərəfindən aparılan məqsədyönlü xarici siyasət artıq öz töhvələrini verməkdədir. Son illərdə bir sıra dünya ölkələri ilə çox sıx və məhsuldar əlaqələr qurulub. Bu əlaqələrin beynəlxalq arenalarda müsbət təsirlərini görməkdəyik. Azərbaycanın bərabərhüquqlu əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan münasibətlər qurduğu dövlətlər sırasında Serbiya Respublikası xüsusi yer tutur. Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Azərbaycan ilə Serbiya arasında siyasi dialoq daim yüksək səviyyədə olub. İki ölkə arasında keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb.Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bu sənədlər arasında 2013-cü ildə imzalanmış Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə və 2018-ci ildə imzalanmış Strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı xüsusi əhəmiyyət daşıyır.
Cari ilin dekabrın 21-də ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçlə dövlətimizin başçısının təkbətək görüş başa çatdıqdan sonra hər iki ölkə rəhbərinin mətbuata bəyanatında səsləndirilən fikirlər də qarşılıqlı münasibətlər və perspektiv fəaliyyətlər barədə aydın təsəvvür yaradıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bəyanatında iki ölkə əməkdaşlığında energetika sektorunun xüsusi yer tutduğunu, son vaxtlar bu sahənin böyük önəm daşıdığını diqqətə çatdırıb. Ötən dövrdə imzalanan əməkdaşlıq sənədləri digər əlaqələrin də yüksələn xətlə inkişafında əhəmiyyət rol oynayıb. Dövlət başçımızın dost ölkəyə səfəri çərçivəsində prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç tərəfindən “Azərbaycan Respublikası Prezidenti ilə Serbiya Respublikası Prezidenti arasında Birgə Bəyanat”ın, “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının yaradılması haqqında Memorandum”un və onun əlavəsi olan “Azərbaycan Respublikası və Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının Əsasnaməsi”nin imzalanması yüksək səviyyədə olan əlaqələrin daha da inkişafını, yeni mərhələyə yüksəlməsini şərtləndirib, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı gücləndirib. Qeyd olunmalıdır ki, Azərbaycan da öz növbəsində Serbiyanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Kosovonun müstəqilliyini tanımır və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edir. Serbiya Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığın, o cümlədən energetika sahəsində daha da inkişaf etdirilməsinə maraq göstərir. Azərbaycan-Serbiya iqtisadi münasibətləri üçün zəngin perspektivlər və etibarlı siyasi dayaq mövcuddur. Azərbaycan öz imkanlarını, potensialını bölüşməyi bacaran və ən əsası potensial imkanlarını siyasi təsir vasitəsinə çevirməyən, multikultural bir dövlətdir. Bütün bunlar yaxın gələcəkdə Azərbaycan-Serbiya iki və çoxtərəfli əlaqələrinin sürətlə inkişaf edəcəyinə əminlik yaradır.Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Sabunçu qəsəbəsi, 68 nömrəli tam orta məktəbin
direktor müavini Asiman Paşayev


Oxşar xəbərlər