Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar

Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar
Cari ilin 21 dekabr tarixində Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşündən sonra mətbuata verdiyi bəyanatı ilə əlaqədar
Son illərdə Serbiya prezidentləri Azərbaycana bir neçə dəfə səfərə gəliblər. 2010-cu il mayın 11-13-də Prezident Boris Tadiç, 2013-cü il fevralın 7-9-da isə Prezident Tomislav Nikoliç ölkəmizdə rəsmi səfərlərdə olublar. Tomislav Nikoliçin səfəri zamanı Bakıda görkəmli serb alimi Nikola Teslanın abidəsinin açılışı olub. Bundan əlavə, 2015-ci ilin aprelində o vaxt Baş nazir olan Aleksandar Vuçiç, həmin ilin iyununda isə Prezident Tomislav Nikoliç Bakıya səfər ediblər..Səfərlərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir. Strateji tərəfdaş olan Serbiya və Azərbaycan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib.
Səfər çərçivəsində Azərbaycanın elektrik enerjisinin gələn ildən Serbiyaya ixracı, eləcə də Serbiyanın Azərbaycan qazını əldə etməsi yolları barədə müzakirələrin aparıldığı vurğulanır.
Azərbaycan Prezidenti İlham Əliyev Serbiya prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib. İki ölkə arasındakı əlaqələrin dinamikası çox müsbətdir.
Bir çox sahələr üzrə əməkdaşlığın artıq böyük tarixi var. Serbiya və
Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd
imzalanmışdır. Ölkələrimiz hər zaman bir-birimizin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
Ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik.
Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq.
Energetika sektoru əməkdaşlığımızın bir hissəsidir. Son vaxtlar bu sahə daha böyük əhəmiyyət kəsb edir. Gələn ildən başlayaraq Azərbaycanın
elektrik enerjisinin Serbiyaya ixrac edilməsi üçün əməli addımlar atılacaqdır.
Müdafiə sənayesi sahəsi də perspektiv əməkdaşlıq istiqamətlərindən
biridir. Bu sahədə də hər iki ölkədə potensial var və bu potensialın birləşdirilməsi
üçün praktiki addımların atılması da gözlənilir. Serbiya-Azərbaycan əlaqələrinin gələcəyi ilə bağlı ancaq nikbin fikirdə olmaq olar. İkitərəfli əlaqələr dostluq və qarşılıqlı anlaşma üzərində qurulmuşdur.
Ölkələrimiz arasında diplomatik münasibətlər 1997-ci il avqustun 21-də qurulub. Serbiya və Azərbaycan arasında bir sıra görüşlər olub. Səfərlər çərçivəsində keçirilən görüşlər zamanı ikitərəfli əlaqələrin genişləndirilməsi, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələrdə münasibətlərin inkişafı istiqamətində müzakirələr aparılıb. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir. İndiyədək iki ölkə arasında 44 sənəd imzalanıb. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanla Serbiya arasındakı münasibətlərin yaxşı perspektivləri var və yüksək səviyyəli qarşılıqlı səfərlər əlaqələrin inkişafına töhfə verəcək.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
tərbiyə işləri üzrə direktor müavini Vüsalə Bayramova

Oxşar xəbərlər