
SOCAR-ın keçmiş əməkdaşı Muxtar Babayev 2024-cü ilin yanvarında COP29-un prezidenti seçilib.Bununla bağlı qərar COP29-un dekabrın 11–də keçirilən plenar iclasında verilib. Tədbirdə çıxış edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un yüksək səviyyədə təşkilinə görə Konvensiya Katibliyinə və Birləşmiş Ərəb Əmirliklərinə təşəkkürünü bildirərək qeyd edib: “Qarşılaşdığımız problemlər kollektiv fəaliyyət, razılaşdırılmış ümumi məqsəd və istəklərə sədaqət tələb edir.
Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə birgə səylərin əhəmiyyətini anlayır. Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi güclü siyasi iradə və Şərqi Avropa Qrupunun üzvü olan dövlətlərin Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün ölkəmizin namizədliyini dəstəkləməsi uğurumuzda həlledici rol oynayıb.COP tədbirlərinin məqsədi, Paris sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə
məhdudlaşdırmaqdır.2023-cü il, dekabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının ölkəmizdə keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Cənab Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə Prezident çıxış edərək, : “Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək.11–24 noyabr tarixlərində Bakıda
keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. COP29 ölkə tarixində keçiriləcək olan ən böyük tədbir hesab olunur. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəyə yerli,
regional və beynəlxalq miqyasda çox böyük divindendlər qazandıracaqdır.12 gün davam Beynəlxalq Konfransın nəticəsində COP29-un Sədrliyi çoxtərəfli beynəlxalq danışıqlar çərçivəsində uzun müddət açıq qalan məsələlərin həllinə nail olur. Bundan sonra ölkə və şirkətlərin öz iqlim məqsədlərinə nail olmaq
üçün əməkdaşlıq edə biləcəyi yüksək keyfiyyətli və şəffaf karbon bazarları yaranacaq, Paris Sazişinin 6-cı maddəsi milli iqlim planlarının həyata keçirilməsi zamanı hər il 250 milyard ABŞ dollarına qənaət etməyə imkan verir.
Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin Biologiya müəllimi Əliyeva
Sevinc Əliverdi qızı