Lənkəranda Limandra ailəvi istirahət mərkəzi.Rəhbərliyin fəaliyyəti.

Lənkəranda Limandra ailəvi istirahət mərkəzi.Rəhbərliyin fəaliyyəti. Zəngəzurdan keçən yola nəzarətin verilməsi proqramı erməni xalqının, o cümlədən dost ölkələrin, xüsusən də İranın maraqlarına zidd olan prosesdir.

Bunu “Daşnaksütun”un lideri İşxan Saqatelyan bildirib.

Onun fikrincə, regionda kommunikasiyaların açılması məsələsi xarici regional qüvvələrin olması regionumuzu qeyri-sabit vəziyyətə salacaq və yeni problemlər yaradacaq. “Hakimiyyət 4 ildir ki, qondarma “dəhliz”lə bağlı müqavilənin mövcudluğunu inkar edir, amma fakt budur ki, onu çoxdan təhvil veriblər. Məsələ burasındadır ki, bu “dəhlizə” kim nəzarət edəcək. Belə görünür ki, bu, Amerika tərəfi ola bilər və Amerika qüvvələrinin İranla sərhəddə olması son dərəcə ciddi nəticələrlə doludur. Bunun baş verməməsi üçün hər şeyi etməliyik”, - Saqatelyan vurğulayıb.

“Daşnaksütun”un nümayəndəsi onu da qeyd edib ki, Ermənistanın suveren ərazisindəki yola nəzarətin üçüncü tərəfə verilməsi ölkənin blokadaya düşməsinə gətirib çıxaracaq və İranla münasibətlərdə ciddi problemlər yaradacaq.

Oxşar xəbərlər