İstanbulda Moskva-Kiyev görüşü…

İstanbulda Moskva-Kiyev görüşü… Yaxın günlərdə İstanbulda Ukrayna ilə Rusiya danışıqlarının növbəti raundunun baş tutması gözlənilir.

“Independent” xəbər verir ki, hər iki ölkənin nümayəndə heyətləri səviyyəsində diplomatik görüşün təşkili istiqamətində işlər davam etdirilir.

Məlumata görə, hər iki ölkənin nümayəndə heyətləri 23-24 iyul çərşənbə və ya cümə axşamı görüşməyi planlaşdırır .

Görüşün yeri, vaxtı və iştirakçıların dəqiq təfərrüatları gizli saxlanılsa da, tərəflərin texniki mövzuları müzakirə edəcəyi məlumdur. Tərəflər əsirlərin mübadiləsini, humanitar yardım, infrastrukturun təhlükəsizliyi və sərhədlərin sabitləşdirilməsi kimi məsələləri müzakirə edəcəklər.

Xatırladaq ki, mayın 16-da Ukrayna və Rusiya İstanbulda nümayəndə heyətləri səviyyəsində görüş keçirib. İyunun 2-də danışıqların ikinci raundu baş tutub.

Bu danışıqlarda Moskva Kiyevə substantiv sülh danışıqlarının başlanması üçün yalnız şərt kimi Ukraynanın dörd bölgəsinin Rusiyaya verilməsiniirəli sürüb və qarşı tərəf bundan imtina edib.

Prezident Zelenski bu yaxınlarda Ukraynanın Rusiyaya yeni görüşün keçirilməsini təklif edib.

Oxşar xəbərlər