Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı

Sumqayıtda 20 yaşlı fəhlə dağıntılar altında qaldı Sumqayıt şəhərində yeni tikilən binaların birində bədbəxt hadisə baş verib.

“Report istinadən xəbər verir ki, şəhərin 10-cu mikrorayon ərazisində yerləşən tikinti sahəsində fəhlə 2005-ci il təvəllüdlü Ariz Ağayarov dağıntılar altında qalıb.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər