Azərbaycanın müstəqilliyinə, suverenliyinə xələl gətirmək istəyən, onun torpaqlarına göz dikən hər mənfur düşmənin sonu məhz məğlubiyyətdir

Azərbaycanın müstəqilliyinə, suverenliyinə xələl gətirmək istəyən, onun torpaqlarına göz dikən hər mənfur düşmənin sonu məhz məğlubiyyətdir
Hamımıza məlumdur ki, Azərbaycan tarixboyu düşmənləri tərəfindən təcavüzə məruz qalmışdır. Bunun ən böyük nümunəsi isə erməni vandalizmidir. Erməni vandalizmi nəticəsində Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayəti və onun ətrafındakı 7 rayonda (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı, Zəngilan və Cəbrayıl) onlarla tarixi memarlıq abidələri, ziyarətgahlar, tarixi-dini abidələr zərər görmüş, bir çoxu isə tamamilə darmadağın edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 32 saylı 02.08.2001 tarixli qərarından çıxarışa əsasən işğal müddətində talana məruz qalmış Azərbaycan ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin siyahısında 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilərin əlinə keçmiş, azərbaycanlılara məxsus 223 qəbiristanlıq, 49 məscid, 68 tarixi-memarlıq abidəsi tədricən erməni vandalları tərəfindən səssiz-səmirsiz dağıdılmışdır.
Bu təcavüzün izləri özünü ən çox Zəngilan rayonunda göstərir. Zəngilandakı İmam Hüseyn məscidi, Alban kilsəsi kimi tarixi-dini abidələr; Səkkizguşəli türbə, Ziyababa ocağı, Xanazur türbəsi, Seyid Musa ocağı, Soltan ocağı, Günqışlaq piri, Dəvəcüneyt piri kimi ziyarətgahlar; Qəsr qalası, Hacalı qülləsi, Küp qəbirlər, Tağlı körpüsü, Şərifan sərdabəsi, Yəhya ibn Məhəmməd əl-Hoca məqbərəsi və s. tarixi-memarlıq abidələri 1991-1994-cü illər ərzində ermənilər tərəfindən dağıdılmış, dövlətimizin keçmişi, bu günü və gələcəyi Yer üzündən silinməyə çalışılmışdır.
Zəngilan ərazisində yerləşən Şərifan yaşayış yeri erməni vandalizmi nəticəsində xarabalığa çevrilmiş və “qədim şəhər xarabalığı” deyə adlanmışdır.
Ermənilərin tarixboyu bizim başımıza gətirdikləri bu zülmün tək açıqlaması bizim tarixi keçmişimizi silmək, Azərbaycan adlı bir torpağın mövcud olmadığını dünyaya sübut etmək idi. Lakin belə bir atalar sözü var: “Haqq nazilər amma üzülməz”. Məhz 2020-ci il sentyabrın 27-də başlayan haqq savaşımız bu atalar sözünün gerçək olduğunu sübut etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz 30 illik həsrətə son qoydu və erməni tapdağı altında olan torpaqlarımız bizə geri qaytarıldı. Torpaqlarımızı geri qaytarmaqla bir növ keçmişimizi qaytardığımız bu 44 günlük müharibə bizim üçün bayram erməni vandalları üçün isə yasa çevrildi. 2020-ci il oktyabrın 20-də azad olunan Zəngilan bizim tarixi qələbəmiz idi. Burda yerləşən ən qədim abidələrdən olan Küp qəbirlər b.e.ə. IV-VI əsrlərə aiddir və təkcə bu abidə belə dövlətimizin qədimliyini sübut edir. Necə deyərlər, o torpaqlara dünən gələn hayların yaranma tarixi eramızdan əvvələ bağlı olan küp qəbirlər mədəniyyətinə iddiası çox gülünc görsənir.
Azərbaycanın müstəqilliyinə, suverenliyinə xələl gətirmək istəyən, onun torpaqlarına göz dikən hər mənfur düşmənin sonu məhz budur. Dəmir yumruğun zərbəsi!


Bakıxanov qəsəbəsi, 213 nömrəli məktəb-liseyin
Azərbaycan dili və ədəbiyyat müəlimi Məsumə Abbasova

Oxşar xəbərlər