Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan öz xidməti ilə göstərdi

Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan  öz xidməti ilə göstərdi
Milli maraqlar və müstəqillik Ulu Öndər Heydər Əliyevin dövlət siyasətinin mütləq prioritetləri olmuşdur. 1993-cü ilin may-iyun aylarında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandı. Azərbaycan xalqı çıxış yolunu Heydər Əliyevin hakimiyyətə gətirilməsində gördü və onun Bakıya gəlməsi tələbini irəli sürdü.Ölkənin o dövrdə olan rəhbərliyi onu Bakıya dəvət etməyə məcbur qaldı.
Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyilə
1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
1993-cü il oktyabrın 3-də prezident seçkiləri keçirildi və ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Xalq Heydər Əliyevə inanirdı. Çünki o Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi qalmışdı.
Heydər Əliyev öz siyasi bacarığını, çoxillik idarəçilik səriştəsini əsirgəmədən xalqının firavanlığı və dövlətinin müstəqilliyi yolunda yorulmadan öz xidməti ilə göstərdi. Azərbaycan xalqını, milli-azadlıq hərəkatında qazanılmış tarixi nailiyyətləri məhv olmaqdan xilas etmək kimi çox çətin və şərəfli bir missiyanı öz üzərinə götürən Ulu Öndər sözün əsil mənasında,ömrümün qalan hissəsini xalqına bağışladı. Heydər Əliyev daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq öz həyatı, sağlamlığı bahasına gecə-gündüz çalışaraq müstəqil Azərbaycan dövlətini qurdu və möhkəmlətdi. Ümumilli Liderimiz demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün, ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa son qoydu. Heydər Əliyevin müəllifi olduğu 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunan Azərbaycan Respublikasının Konstitusiyasında hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. İlk dəfə olaraq yerli özünüidarə orqanları formalaşdı. Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi və ədliyyə işçilərinin peşə bayramı günü təsis edildi. Müasir müstəqil məhkəmə hakimiyyətinin bərqərar olması da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-2003-cü illər ərzində Ülu Öndər Azərbaycanın müstəqilliyi üçün cəsarətli, düşünülmüş və uzaqgörən siyasəti sayəsində, mümkünsüz görünən hər şeyi mümkünə çevirdi və ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi.
Heydər Əliyevin Azərbaycan, xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri də onun varisliyin prinsiplərini, mahiyyətini və əhəmiyyətini çox düzgün qiymətləndirməsi və reallıqlarla əsaslandırmasıdır. Ulu öndər "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" söyləyərkən ilk növbədə xalqın, ölkənin gələcək taleyini, ölməz ideyalarının, məqsəd və arzularının həyata keçirilməsinin vacibliyini nəzərdə tutur və bu yolda İlham Əliyev şəxsiyyətinə inamını ifadə etmişdir və bunda da yanılmamışdır. Onun laiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev öz fəailiyyəti ilə Ulu Öndərin bütün arzu və istəklərini reallaşdırdı. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hərtərəfli inkişaf strategiyası dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilərək ölkəmizin davamlı inkişafı təmin edilmiş, qarşıya qoyulan əsas məqsəd və hədəflərə nail olunubdur.
Ramana qəsəbəsi, 198 saylı tam orta məktəbin
direktoru Şəlalə Nadirova





Oxşar xəbərlər