Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir

Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 17-də Davosda Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş müsahibə verib.Müsahibədə bir çox məsələlərə toxunan İlham Əliyev Bərpaolunan enerji mənbələrinin Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrildiyini qeyd edib. Son illərdə ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. “Yaşıl” enerji kimi tanınan bu təcrübə dünyada geniş yayılıb və hesab edilir ki, Azərbaycanda da uğurla tətbiq oluna bilər. Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur.
Dünya bu günə qədər ənənəvi enerji resursları ilə diqqəti çəkən Azərbaycanı əslində böyük bir yaşıl enerji potensialı ilə də zəngindir. Neft strategiyası ilə başlayan bu proseslərin yeni enerji trendi olan yaşıl enerji layihələrində enerji tranformasiyasına Azərbaycanın inteqrasiyasını şərtləndirəcək, böyük investisiya imkanları yaradacaq, ixracı ənənədən alternativə yönəldəcək və geosiyasi mənzərədə mühüm önəmə sahib olacaq. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələri külək, günəş bioenerji, dağ çaylarının potensialı kimi qiymətləndirilir. Azərbaycanın bərpaolunan enerji mənbələrinin böyük bir qismi 44 günlük Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərdə cəmləşib. Müharibənin başa çatmasından sonrakı qısa zaman kəsiyində burada 4 su elektrik stansiyası tikilərək istifadəyə verilib. Hazırda bəhs olunan ərazilərdə 5 stansiyanın tikintisi davam etdirilir. Gələcəkdə isə işğaldan azad edilmiş ərazilərdə daha 18 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Azərbaycan Çinlə əməkdaşlıq portfelinə yaşıl enerji sahəsində əməkdaşlığı əlavə etmək niyyətindədir. Azərbaycanda böyük potensial və Çinin böyük texnoloji nailiyyətləri bu sahədə əməkdaşlığa zəmin yaradır.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova

Oxşar xəbərlər