"Xızı-Abşeron" külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir

1994-cü ildə imzalanmış neft kontraktlarında ulu öndərin Heydər Əliyevin enerji siyasətini bu gün Prezident İlham Əliyevin elan etdiyi “Yaşıl enerji” strategiyasına transformasiyası gələcəkdə ölkəyə böyük dividendlər gətirəcək”. "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında təməlqoyma mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Bu stansiyanın yaradılması bir daha onu göstərir ki, bərpaolunan enerji növlərinin istehsalına Azərbaycan dövləti çox böyük önəm verir. Təxminən bir il bundan əvvəl Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında icra müqaviləsi imzalanmışdır. Faktiki olaraq stansiyanın tikintisi ilə bağlı qərar verilmişdir və son bir il ərzində fəal iş aparılmışdı. Bu stansiya Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaqdır. Təbii ki, ətraf mühitə mənfi təsirin azaldılması istiqamətində bu stansiyanın çox böyük əhəmiyyəti olacaqdır.

Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri vardır. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

"Xızı-Abşeron" külək elektrik stansiyası ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçiriləcək ilk sənaye həcmli bərpa olunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edim ki, hazırda ölkəmizdə ən böyük elektrik stansiyası Xızı rayonunun ərazisində yerləşən 50 MVT gücündə "Yeni Yaşma" külək elektrik stansiyasında 20 külək turbini var və onların hər birinin gücü 2,5 MVT-dır. Bu layihədə isə təxminən 37 ədəd külək turbini olacaq və hər birinin gücünün 6,5 MVT olacağı planlaşdırılır.

Sabunçu qəsəbəsi, 170 saylı tam orta məktəbin

tarix müəllimi Mədinə Zeynalova

Oxşar xəbərlər