AZƏRBAYCANDA YAŞIL ENERJİ DÖVRÜ BAŞLAYIR

AZƏRBAYCANDA YAŞIL ENERJİ DÖVRÜ BAŞLAYIR Bir çox sahələrdə ciddi uğurlar qazanan Azərbaycan yaşıl enerjiyə keçidlə bağlı əhəmiyyətli addım atdı.Təməli atılan, istehsal gücü 240 meqavat olan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanda bərpaolunan enerji sektorunda ən böyük elektrik stansiyası olacaq.Stansiyanın investoru bu sahədə böyük təcrübəsi olan Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətidir.

BU STANSİYA İLƏ AZƏRBAYCAN NƏ QAZANACAQ ?

Əvvəlcə onu qeyd etmək lazımdır ki,bu stansiya ilə təbii qaza qənaət ediləcək.Eyni zamanda ətraf mühitə mənfi təsir azaldılacaq.Bu yanaşma işğaldan azad edilmiş ərazilərdə də tətiq ediləcək.Belə ki, işğaldan azad edilmiş ərazilər - 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan edilib.Artıq bir neçə su elektrik stansiyası inşa edilib, fəaliyyətdədir. Günəş və külək elektrik stansiyalarının yaradılması ilə bağlı konkret planlar var.Aparılan təhlilər nəticəsində bəlli oldu ki, işğaldan azad edilmiş ərazilərdə bütövlükdə 10 min meqavata yaxın bərpaolunan külək və günəş elektrik enerjisinin istehsalı mümkündür.

NİYƏ MƏHZ SƏUDİYYƏ ƏRƏBİSTANI ?

Qeyd eləmək lazımdır ki,Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətlər mövcuddur.Müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində fəal işlər aparılıb.Onu da qeyd etmək lazımdır ki,işğal dövründə ölkəmizə siyasi dəstək göstərən ölkələrdən biri də Səudiyyə Ərəbistanı idi. Səudiyyə Ərəbistanı nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmayıb.Yeni Külək Elektrik Stansiyasının qurulması işinin bu ölkəyə ait şirkətə həvalə edilməsində sadalanan bu amillərdə müəyyən mənada rol oynayıb.

Bununla yanaşı qeyd edilməlidir ki,Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Son illər Azərbaycanda, o cümlədən energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Azərbaycana 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub.Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, həm xam neft, həm təbii qaz, neft məhsulları və elektrik enerjisini daxili tələbatı ödəmək üçün tam istehsal edir və eyni zamanda, bu dörd məhsulu dünya bazarlarına ixrac edir. Ölkəmizin enerji təhlükəsizliyi tam təmin edilib və ildən-ilə artan təbii qazın ixracı və elektrik enerjisinin ixracı digər ölkələrin enerji təhlükəsizliyinə də müsbət təsir göstərir.

Sabunçu qəsəbəsi, Cəlal Məmmədyarov

adına 155 nömrəli tam orta məktəbin

direktoru Ruhiyyə İbrahimova

Oxşar xəbərlər