Azərbaycan öz qaz resurlarını Avropa bazarına çatdırmaq üçün fəal çalışırdı və nəticə etibarilə iki il bundan əvvəl Cənub Qaz Dəhlizi icra edildi. Bu çox müasir infrastrukturdur.
Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda Azərbaycan qazının digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərir.
Avropa Komisiyasının Rəhbərliyi Azərbaycan etibarlı tərəfdaş adlandırır. Azərbaycanın zəngin neft, qaz resursları imkan verir ki, uzun illər bundan sonra təbii qazla bağlı Avropa üçün etibarlı tərəfdaş olsun.
Azərbaycan açıq dənizlərə çıxışı olmayan ölkə olsa da, Avrasiyanın önəmli nəqilyat–loqistika mərkəzlərin birinə çevrilə bilər. Nəqliyyat sahəsində əməkdaşlığa dair çox böyük planlar mövcuddur.
Təhsil sahəsində aparılan əməkdaşlığın da çox yaxşı nəticələri var. 200 Azərbaycan gənci Macarıstan hökümətinin dəstəyi ilə Macarıstanda təhsil alır. Bu və digər sadalanlar deməyə imkan verir ki, ölkələrimiz arasında olan səmimi dostluq münasibətləri gələcəkdə də yüksələn xətt üzrə inkişaf edəcək.
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək.
Maştağa qəsəbəsi, 209 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Gülyaz Həsənova