Əvvəla onu qeyd edim ki, diplomatik əlaqələr tarixi boyunca İraq Prezidentinin ilk dəfə olaraq ölkəmizə səfəri ölkələrimiz arasında yeni mərhələnin başlanğıcından xəbər verir və bu Azərbaycan diplomatiyasının və eyni zamanda xarici siyasətinin uğurunun nəticəsidir. Hər iki ölkənin maraqları qarşılıqlı şəkildə müdafiə olunur və hər iki ölkə beynəlxalq arenada, BMT-də, Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında hər zaman bir-birini dəstəkləyir, bir-birinin suverenliyini və ərazi bütövlüyünü müdafiə edir.
02 yanvar 1992-ci il tarixində İraq Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır.
30 mart 1992-ci il tarixində Azərbaycan Respublikası ilə İraq Respublikası arasında diplomatik münasibətlər qurulmuşdur. 1992-ci ildə İraqın Bakıdakı diplomatik nümayəndəliyi Baş Konsulluq səviyyəsindən Səfirlik statusuna qaldırılmışdır. 2016-cı ilin oktyabr ayında Bağdad şəhərində Azərbaycan Respublikasının səfirliyi fəaliyyətə başlamışdır.
18 yanvar 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davosda keçirilən dünya iqtisadi forumunda iştirakı çərçivəsində İraq Kürdüstan Regional Hökumətinin başçısı cənab M.Bərzani ilə görüşmüşdür.
24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əl-Hakimin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
20 may 2011-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya yaradılmışdır.
Prezident İlham Əliyev İraq Prezidenti ilə görüşlə əlaqədar mətbuata verdiyi bəyanatda Ermənistan və Azərbaycan münasibətlərinə də toxunaraq qeyd edib ki, biz bölgədə sülhün tərəfdarıyıq, lakin bizim sülh çağırışlarımıza baxmayaraq Ermənistan dövləti özündən çox uzaqlarda olan dövlətlərin təsirinə salır, hətta özünü qanlı müstəmləkə keçmişinə malik olan ölkələrin ambisiyalarının qurbanına çevirir. Bu da bölgədə yeni müharibə ocağının yaranmasına gətirib çıxarır ki, hansı ki, Ermənistan üçün acı nəticələrə gətirib çıxaracaq. Müharibə bölgəmizdə heç kəsə lazım deyil və biz dayanıqlı sülh və eyni zamanda sağlam düşüncəyə və tarixi ədalətə əsaslanan sülhə hazırıq. Bununla bağlı Ermənistana öz təkliflərimizi versək də, hələ də heç bir cavab gəlməyib.
Biz öz tarixi ərazilərimizdə vuruşduq və tarixi ədaləti bərpa etdik. Heç bir mülki əhaliyə zərər vermədən antiterror əməliyyatı apardıq və ölkəmizi terrordan təmizlədik. Bundan sonra da ölkəmizin müstəqilliyini, suveren ərazilərini qoruyacaq və hər zaman Müzəffər Ali Baş Komandanımızın yanında olacağıq.
Sabunçu qəsəbəsi, 215 nömrəli tam orta məktəbin
direktoru Cavad Mustafayev