Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir

Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir
Azərbaycan son illərdə Mərkəzi Asiya ölkələri, o cümlədən də türk dövlətləri ilə ciddi əlaqələr qurur. Tacikistan və Azərbaycanın əlaqələri də uzun müddətdir ki, uğurla davam edir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb. Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir.
Prezident Ilham Əliyevin cari ilin 5 aprel tarixində Tacikistan Respublikasına dövlət səfəri də dövlətlərimiz arasında dostluq və əməkdaşlığın daha da sürətli inkişafına təkan verəcəyi şübhəsizdir. Düşənbədəki bu dəfəki görüşdə Cənab İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında dövlətlərarası əlaqələrimizlə yanaşı dövlətlərimizin keçdiyi inkişaf yolundan da danışıb. O qeyd edib ki : “Bu gün öz regionumuzda və bütövlükdə dünyada qeyri sabitlik ocaqlarını görəndə hər kəs anlayır ki, sabitlik inkişafın və təhlükəsizliyin əsasıdır. Sabitlik olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”. Cənab Prezident çıxışında həm də ölkələrimizin müstəqilliklərinin ilk illərindəki çətin dövrdən və keşməkeşli siyasi situasiyalardan çıxdığını da qeyd edib. Buna görə də bugünkü stabillik hər iki dost ölkə üçün əvəzolunmazdır. İnvestisiyaların yatırılması üçün həm Azərbaycan Tacikistan üçün həm də Tacikistan Azərbaycan üçün çox əlverişli mövqeyə malikdir. Cənab Prezidentin səfəri də məhz bu imkanları genişləndirmək və gələcək tərəfdaşlıq perspektivlərini daha da inkişaf etdirmək baxımından çox əhəmiyyətlidir. Xüsusi olaraq vurğulamalıyıq ki, sabitlik və təhlükəsizliyin qorunması hər iki ölkə siyasətinin əsas prioritetlərindəndir. Və hər iki ölkə bu prioritetlərin reallaşdırılması üçün bundan sonra da sıx əməkdaşlıq edəcəkdir.

Sabunçu qəsəbəsi, 68 saylı tam orta məktəbin
direktor müavini Asiman Paşayev




Oxşar xəbərlər