Ölkəmizin iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir. Bu inkişaf iqtisadi sahədə həyata keçirilən uğurlu siyasətlə bağlıdır. Azərbaycanın enerji strategiyası uğurla yerinə yetirilir. Strateji əhəmiyyət kəsb edən neft kəmərlərinin çəkilməsi, eyni zamanda Cənub Qaz Dəhlizi Azərbaycanın enerji potensialını sebut edir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhvə verir.
Azərbaycan uzun illərdir beynəlxalq bazarlara neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi və s ixrac edir. Yaxın gələcəkdə isə artıq Azərbaycan hidrogeni, həmçinin yaşıl hidrogenin ixracına başlayacaq. Bunun üçün artıq müxtəlif xarici şirkətlərlə danışıqlar aparılır.
Azərbaycanın Avropa dövlətləri ilə əməkdaşlığı yüksək güvən üzərində qurulmuşdur. Qarşılıqlı anlaşma və strateji tərəfdaşlıq üzərində qurulan dövlətlərarası əlaqələr genişmiqyaslı əlaqələrə etibarlı zəmin yaradır.
Azərbaycanın xaricə qaz ixracı daha da genişlənir. Bu sahədə yüksək əməkdaşlığın təmin olunduğu Serbiya və Bolqarıstanla münasibətlər qarşılıqlı beynəlxalq əlaqələrə əsaslanır. İqtisadi əməkdaşlıqla yanaşı Serbiya və Bolqarıstanla münasibətlər dostluq və qarşılıqlı anlaşma çərçivəsində davam etdirilir.
Azərbaycan zəngin tükənməyən və tükənə bilən təbii ehtiyyatlarla zəngindir. Bu ehtiyyatlardan, xüsusilə də tükənən təbii ehtiyyatlardan səmərəli istifadə olduca önəmlidir.
Əməkdaşlıq çərçivəsində iqtisadi inkişafın sürətli artmasını təmin etmək mümkündür. Ölkəmizdə də bu şəkildə yüksək əməkdaşlıq iqtisadi inkişafa təkan verir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəbin
Tarix müəllimi Damla Həsənzadə