Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır

Bağça müdirindən ağlasığmaz hərəkət: O görüntülər araşdırılır Azərbaycanda bağça müdiri olan qadının davranışı müzakirələrə səbəb olub.

Buna səbəb qadının rəqs edərək avtomobil idarə etməsidir.

Sözügedən videonu bağça müdiri və inkişaf mərkəzinin rəhbəri İlahə Xudu qızı adlı qadın sosial şəbəkələrdə özü paylaşıb.
Onun avtomobil idarə etdiyi zaman azyaşlı qızı qanunazidd olaraq ön oturacaqda yanında əyləşdirməsi və təhlükəsizlik kəmərindən istifadə etməməsi kəskin tənqid dilib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Ölkə.Az-ın sorğusuna cavab olaraq görüntülərin araşdırıldığı bildirilib:

"Azyaşlıların avtomobildə təhlükəsizlik qaydalarına zidd şəkildə daşınması yolverilməzdir.

Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır, eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradır.

Sürücülərin diqqətinə bir daha çatdırılır ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə qeyd-şərtsiz əməl olunsun" - cavabda deyilir.


Oxşar xəbərlər