"Bakı-Hövsan marşrutu üzrə qatarların hərəkəti ilə təsdiqlənən 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına əsasən, orada bu istiqamət üzrə qatarların həm alışı, həm də mövcud stansiyaların bərpası, dəmir yollarının təmir-bərpası nəzərdə tutulub".Bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov deyib.
Onun sözlərinə görə, bu istiqamətdə artıq layihələndirilmə işlərinə başlanılıb:
"Həmçinin qatarların alışı ilə bağlı işlər aparılır. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2030-cu ilə qədər 20 ədəd qatar almağı planlaşdırır".