Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən inkişaf etmiş ölkədir. Bu gün Azərbaycanda qaz hasilatı ilbəil artır. Buna səbəb Avropa ölkələrinin Azərbaycan qazına olan ehtiyacından irəli gəlir. Bir sıra qaz yataqlarının layihələrinin təməli qoyulub. Qaz hasilatının həyata keçirilməsi üçün bir sıra ölkələrlə- Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan şirkətlərlə müqavilə imzalanıb. Həm quruda , həm də dənizdə yeni enerji mənbələri aşkarlanıb.
Neft və təbii qaz ehtiyatları olan ölkələr çoxdur.Lakin Azərbaycan etibarlı tərəfdaşdır. Azərbaycan etibarlı qonşudur. Cənub Qaz Dəhlizi 3 ildir fəaliyyət göstərir. Bildiyimiz kimi Cənub Qaz Dəhlizinin keçdiyi ölkələr arasında mehriban dostluq münasibəti olmalıdır. Azərbaycan bütün dövlətlərlə dostluq münasibəti saxlamağı , bu əlaqələri tənzimləməyi bacaran ölkədir.Bizim dövlət siyasətimiz də bunu tələb edir .
Hal-hazırda Azərbaycan 8 ölkəyə qaz nəql edir.Bu ölkələrin içərisində 6-sı Avropa ölkəsidir.Türkiyə marşurutu ilə Trans -Balkan boru kəmərinin istismarı üçün razılıq əldə edilib. “ Ümid “yatağı ,”Azəri-Çıraq “,”Şahdəniz “, “Abşeron “ yataqlarında işlər davam edir. Neft və qaz hasilatında xarici investorlarla yanaşı, yerli investorlar da üstünlük təşkil edir.
Avropada Azərbaycanı gözügötürməyən qüvvələr bu layihələrin həyata keçirilməsinə mane olmağa çalışırlar. Lakin Azərbaycan sözü və imzası bir olan etibarlı ölkədir.Azərbaycan hər zaman qarşısına qoyduğu planları layiqincə yerinə yetirmişdir.Azərbaycanda enerji ehtiyatları tükənib deyən düşmənlərin mənfur planı hyata keçməyəcək.
Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili “ elan olunub. Bərpa olunan enerji layihələri yüksək səviyyədə həyata keçirilir. Yaşıl enerjiyə keçid prosesi aktiv şəkildə yerinə yetirilir. COP -29 -un Azərbaycanda təçkil olunması beynəlxalq səviyyədə hörmət və gücümüzü daha da artıracaq.İnanırıq ki ,COP-29 çərçivəsində layihələri uğurala həyata keçirəcəyik .
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Humay Vəliyeva