Azərbaycan ilə Avropa İttifaqı arasında çox etibarlı, uzunmüddətli əlaqələrin mövcudluğu ölkəmiz üçün böyük əhəmiyyətə malikdir

Azərbaycan ilə Avropa İttifaqı arasında çox etibarlı, uzunmüddətli əlaqələrin mövcudluğu ölkəmiz üçün böyük əhəmiyyətə malikdir On beş ildən artıqdır ki, Azərbaycan enerji sahəsində Avropa Komissiyası ilə əməkdaşlıq edir. 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Memorandum, 2011-ci ildə Cənub Qaz dəhlizi ilə bağlı Birgə Bəyannamə bu əməkdaşlığın möhkəm təməllər əsasında qoyulduğunu göstərir. Görülən işlər nəticə əldə etmək üçün çox vaxt və əmək tələb edən işlərdir. Neft hasilatı, sonra qaz hasilatı, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərinin çəkilişi Azərbaycanın başlatdığı və Avropa İttifaqının dəstəklədiyi enerji layihələri sırasına daxil idi. Bununla Azərbaycanın təbii qazı Avropa qitəsinə çatdırılır, Avropanın enerji xəritəsi tamamilə dəyişdirilir. İki ildən az müddətdə Cənub Qaz Dəhlizi bütün sahələrdə tam gücü ilə işləyir.
Mövcud vəziyyətdə enerji təhlükəsizliyi məsələləri əvvəlki illərdən də vacibdir. Azərbaycan ilə Avropa İttifaqı arasında çox etibarlı, uzunmüddətli əlaqələrin mövcudluğu ölkəmiz üçün böyük əhəmiyyətə malikdir. Bu əlaqələr yalnız neft və qaz sahəsində deyil, bir çox sahələri əhatə edir.
Azərbaycanda bərpaolunan enerji istehsalı sahəsində də böyük işlər aparılır. Külək və günəş enerjisinə sərmayə qoyuluşu prosesinə başlanıb. Qarabağın və Şərqi Zəngəzurun azad olunmuş ərazilərində Günəş və külək enerjisinin, Xəzər dənizində külək enerjisinin yüksək potensialı var.

Sabunçu rayonu, M.Orucov adına 213 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Cabbarova Sədaqət


Oxşar xəbərlər