“Azərbaycan yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmuşdur. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir”.
1 mart 2024-cü il tarixində ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi edib. Bakıdakı “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edərək çıxış edib.
Bəli, Azərbaycanın “yaşıl keçid” platformasına töhfə verməsi üçün bərpaolunan enerji potensialı ki¬fayət qədərdir. Belə ki, təsdiqlən¬miş proqnozlara görə, ölkəmizin quru ərazisində 37 qiqavatlıq külək və günəş enerjisi, Xəzər dənizinin Azərbaycan sektorunda isə 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. Bütövlükdə isə, ölkə¬mizin bərpaolunan enerji sahəsin¬də potensialı 200 qiqavata yaxın qiymətləndirilir. Dünya Bankının bir qolu olan Beynəlxalq Maliyyə Korporasiyası da Azərbaycanın Xəzər dənizində yüksək bərpaolu-nan enerji potensialına malik oldu¬ğunu təsdiqləyib.
Məlum olduğu kimi, bir neçə ildir ki, ölkəmizdə bərpaolunan enerji potensialının hərəkətə gə¬tirilməsi istiqamətində konkret layihələrin həyata keçirilməsinə başlanılıb. Bu baxımdan ölkəmizin əsas investorları sayılan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətləri xüsusi fəallıqları ilə seçilir. Artıq “Masdar” şirkəti¬nin layihəsi olan Qaradağ Günəş Elektrik Stansiyası real fəaliyyət sahəsinə çevrilib. Ötən ilin ok¬tyabr ayında istismara verilmiş 230 meqavatlıq stansiyadan təmiz enerji alınır. Bununla yanaşı, hazır¬da “ACWA Power” şirkəti tərəfin¬dən 240 meqavatlıq “Xızı–Abşe¬ron” Külək Elektrik Stansiyasının tikintisi davam edir. Bütün bunlarla yanaşı, ötən müddətdə imzalanmış müqavilələrə və anlaşma memo¬randumlarına əsasən, Azərbaycan 2030-cu ilədək 5 min meqavata qə¬dər günəş və külək enerjisi istehsal etməyi hədəfləyir.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova