Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirilir.
Azərbaycan bərpa olunan enerji ehtiyyatları, mənbələri zəngin olan ölkədir. Ölkəmizin bərpaolunan enerji mənbələri üzrə texniki potensialı 135 QVt quru,157QVt qədəri isə dənizin payına düşür. Bərpa olunan enarji mənbələrinin iqtisadi potensiali 27QVt,ayrılıqda külək enerjisi üzrə 3000MVt,günəş enerjisi üzrə 23000 MVt ,bioenerji üzrə 380 MVt ,dağ çayları potensialı 520MVt həcmində qiymətləndirilir.
Enerji resursları ilə zəngin olmasına və dünyada enerji rasursları ixrac edən bir ölkə olmasına baxmayaraq, Respublikamızda bərpa olunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət vardır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında yürüdülən enerji təhlükəsizliyi siyasətinin öndə duran hədəflərindən biri də bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsi və daha da genişləndirilməsi məsələsidir.
Bu istiqamətdə görülən işlərə misal olaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 sentyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Enerji Mənbələri Dövlət Agentliyi yaradılmış və Əsasnaməsi təsdiq edilmişdir.
Balaxanı qəsəbəsi, 259 saylı tam orta məktəbin
riyaziyyat müəllimi İsmət İbrahimzadə