Prezident İlham Əliyev 10 yanvar tarixində yerli televiziya kanallarına müsahibə verərək ölkə üçün bir sıra vacib məsələyə , eləcə də Azərbaycanın Yaşıl enerji potensialına toxunub. Çıxışında bir çox məsələlərə toxunan prezident İlham Əliyev həmçinin, Bərpaolunan enerji mənbələrinin Azərbaycan üçün əsas prioritetlərdən birinə çevrildiyini qeyd edib. “Yaşıl” enerji kimi tanınan bu təcrübə dünyada geniş yayılıb və hesab edilir ki, Azərbaycanda da uğurla tətbiq olunmağa başlanılıb. Artıq yaxın illərdə ölkənin elektroenergetikasının əlavə güc və kilovatt qazanacağı faktı bir tərəfdən ölkənin artan elektrik enerjisi tələbatını ödəyəcəyinə, digər tərəfdən isə ixrac həcmini artıracağına şübhə yeri qoymur.
Son illərdə ölkədə alternativ enerji sahəsində yeni genişmiqyaslı kampaniyaya start verilib. Təkcə Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Dünya bu günə qədər ənənəvi enerji resursları ilə diqqəti çəkən Azərbaycanı əslində böyük bir yaşıl enerji potensialı ilə də zəngindir. Neft strategiyası ilə başlayan bu proseslərin yeni enerji trendi olan yaşıl enerji layihələrində enerji tranformasiyasına Azərbaycanın inteqrasiyasını şərtləndirəcək, böyük investisiya imkanları yaradacaq, ixracı ənənədən alternativə yönəldəcək və geosiyasi mənzərədə mühüm önəmə sahib olacaq. Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələri külək, günəş bioenerji, dağ çaylarının potensialı kimi qiymətləndirilir. Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün bu istiqamətdə addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Belə ki, müasir Avropanın Yaşıl enerji dəhlizi, o cümlədən Qara dənizin altı ilə çəkiləcək kabel də Azərbaycan resurslarına hesablanıb.
Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Şəlalə Səmədova