Dünyada tam müstəqil siyasət həyata keçirə bilən ölkələrə hörmət, rəğbət və etimad günü-gündən artır. Bu isə milli maraqlara əsaslanan, çoxvektorlu, praqmatik xarici siyasət nəticəsində inkişafa doğru irəliləyir və möhkəmlənir.
Odlar yurdu Azərbaycan da Cənubi Qafqaz regionunun lider ölkəsi olaraq müasir dünya siyasətində etibarlı tərəfdaş kimi tanınır. Prezidentimiz İlham Əliyev həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı, faydalı əməkdaşlıq əlaqələrini uğurla həyata keçirir. Strateji kursun müstəqillik və suverenlik prinsiplərinə əsaslanmaq İlham Əliyev siyasətinin səciyyəvi xüsusiyyətlərindən biridir.
Azərbaycan bundan əvvəl həyata keçirdiyi neft-qaz və ixrac layihələrinin təcrübəsinə əsaslanaraq cəmi 4 ilə yaxın bir vaxt ərzində “Cənub Qaz dəhliz”inin işə düşməsi ilə nəticələnən böyük uğura ima atdı. “Cənub Qaz dəhliz”inin icrasında 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edirlər. 3 Balkan ölkəsi – Bosniya və Hersoqovina, Xorvatiya və Monteneqro da “Cənub Qaz dəhliz”inə çoxdan maraq göstərirdilər.
“Cənub Qaz dəhliz”inin tikintisinin təşəbbüskarı və layihəni maliyyələşdirən ölkə də məhz Azərbaycan olmuşdur. Ölkə prezindenti İlham Əliyev Serbiyadaki çıxışında demişdir:
Cənub Qaz dəhlizi Azərbaycan qazını Avropaya çatdıracaq enerji əməkdaşlığı, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsidir.
Ümumiyyətlə, Azərbaycan bütün dünyada etibarlı tərəfdaş kimi nüfuz qazanaraq ölkəmizdə ən qlobal layihələrin reallaşdırılmasına imkan verir. Yaxın illərdə belə əməkdaşlıqların daha da artacağına, ölkəmizə bol-bol uğur və qazanc gətirəcəyinə inanırıq.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
Azərbaycan dili və Ədəbiyyat müəllimi Hafizə Həsənova