Ölkəmizin iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir

Ölkəmizin iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir
Azərbaycan zəngin tükənməyən və tükənə bilən təbii ehtiyyatlarla zəngindir. Bu ehtiyyatlardan, xüsusilə də tükənən təbii ehtiyyatlardan səmərəli istifadə olduca önəmlidir. Azərbaycan uzun illərdir beynəlxalq bazarlara neft, neft məhsulları, təbii qaz, elektrik enerjisi və s. ixrac edir. Yaxın gələcəkdə isə artıq Azərbaycan hidrogeni, həmçinin yaşıl hidrogenin ixracına başlayacaq. Bunun üçün artıq müxtəlif xarici şirkətlərlə danışıqlar aparılır.
Ölkəmizin iqtisadiyyatı yüksələn xətt üzrə inkişaf edir. Bu inkişaf iqtisadi sahədə həyata keçirilən uğurlu siyasətlə bağlıdır.
Bərpaolunan enerji mənbələrimiz sadəcə günəş və külək elektrik stansiyaları ilə məhdudlaşmır. Hidroenerji sahəsində yüksək irəlləyişlər əldə edilib. Hidroelektirik stansiyaların gücü daha da artırılır.
Əlavə enerji mənbələri ilə yanaşı günəş enerjisinə olan tələbat yüksəkdir. Cari ilin oktyabr ayının 26 -da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi oldu. Açılış mərasimində şəxsən iştirak edən Prezident İlham Əliyev çıxışı zamanı son dövrlər enerji sahəsində görülən uğurlu işləri diqqətə çattırdı.
Ölkə iqtisadiyyatının inkişafını təmin etmək üçün, uğurlu islahatlarla, uğurlu daxili siyasətlə yanaşı hökümət strukturlarımız, iri şirkətlərimiz arasında əməkdaşlığın olması çox vacibdir. Əməkdaşlıq çərçivəsində iqtisadi inkişafın sürətli artmasını təmin etmək mümkündür. Ölkəmizdə də bu şəkildə yüksək əməkdaşlıq iqtisadi inkişafa təkan verir.

Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəbin
Tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər