Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışı zamanı Prezident cənab İlham Əliyev layihə iştirakçıları olan ölkələrin bir komanda olaraq gördükləri effektli işlərdən bəhs etdi. Hər il yeni nailiyyətlərin qeyd olunduğunu qeyd edən ölkə başçısı Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasını bütün iştirakçı dövlətlərin nailiyyəti olduğunu vurğuladı. zərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Ölkəmiz dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir və bu, əlbəttə ki, çox böyük nailiyyətdir. Hazırda qoyulan vəsaitlərin səmərəli xərclənməsi hesabına ölkəmizin elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Məsələn, yaxın vaxtlarda Bakının Qobu rayonunda demək olar ki, 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Ötən ay enerji bazarında Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Bundan başqa hazırda ölkənin işğaldan azad edilmiş əraziləri üçün xüsusi proqram hazırlanıb. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.
Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialının əsasən daxili istehlaka hesablandığını qeyd edən cənab Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdə olduğuna diqqət çəkmişdir. Ölkəmizdə böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var. Bu gün ölkəmiz dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olarsa, ixrac üçün daha çox qaza qənaət edilə bilər.
Avropa öz enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş qismində çıxış edən Azərbaycana xüsusi önəm verir. Düzdür, hələlik faiz baxımından ölkəmizin Avropa bazarında Azərbaycan qazının payı elə də böyük deyil. Ancaq yeni-yeni yataqların kəşf edilməsi, üstəgəl gələcək perspektivdə Türkmənistan qazının da Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan üzərindən nəqli gələcəkdə Şərqi və Cənubi Avropa ölkələrinin tələbatının əsasən Cənub Qaz Dəhlizi vasitəsilə təmin edilməsinə imkan verəcək.
Abdulkərimova Samiyə, 12 saylı şəhər poliklinikasının baş həkimi