Məlum olduğu kimi, martın 15-də Bakıdakı Gülüstan sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin iştirakı ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Bu gün dünyada hökm sürən maliyyə böhranı, pandemiya ilə bağlı iqtisadi fəallığın azalması, həmçinin yaxın qonşuluğumuzda gedən müharibə və bununla əlaqədar Avropada enerji ilə bağlı yaranan ciddi çətinliklər fonunda Azərbaycana dost olan Birləşmiş Ərəb Əmirliklərinin dünyada tanınmış “Masdar” şirkətinin Azərbaycana sərmayə qoyması çox əlamətdar hadisə olmaqla, həm də ölkəmizin xarici sərmayə üçün çox cəlbedici və açıq ölkə olduğunu bir daha sübut edir.
Dünyada baş verən son hadisələr Avropada, o cümlədən qonşu ölkələrdə elektrik enerjisinə böyük tələbat yaradıb. Ölkəmizdə bərpa olunan enerji növlərinin potensialı həddindən artıq böyük olduğundan dünyanın aparıcı enerji şirkətləri Azərbaycanla bu sahədə əməkdaşlıq etməyə can atırlar. Bu gün işğaldan azad edilən bölgələrimiz böyük potensiala malikdir. Aparılan dəqiq hesablamalara görə günəş, külək enerji növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Bu sahədə işlərin aparılması üçün BP də daxil olmaqla bir sıra aparıcı şirkətlərlə danışıqlar aparılır.
Bu bir həqiqətdir ki, elektrik enerjisi olmadan heç bir ölkə inkişaf edə bilməz. Ona görə də Azərbaycanda, xüsusilə də işğaldan azad edilən ərazilərimizdə elektrik enerjisi hasilatınını artırılması mühüm həmiyyət kəsb edir. Keçən il ümumi generasiya gücü 20 meqavat olan 4 su elektrik stansiyası bərpa edilib. Cari il isə 5 su elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Təkcə Kəlbəcər və Laçın rayonlarında 30-dan çox su elektrik stansiyaları tikilməsi nəzərdə tutulub. Son illərdəki iqtisadi inkişaf sübut etdi ki, Azərbaycanda xarici investisiyaların qorunması ən yüksək səviyyədədir. Bu illər ərzində Azərbaycanın energetika sahəsində aparılan islahatlar, gözəl investisiya iqlimi, ölkəmizin uğurlu inkişafı, ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıq, təhlükəsizlik – bütün bu amillər hər bir investor üçün önəmli rol oynayır. Ona görə də ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir və bura 10 milyardlarla dollar həcmində xarici sərmayə qoyulub.
Ölkəmizə sərmayə qoyuluşu davam edir. Bu gün dünyada hökm sürən ciddi problemlərə və bir sıra mənfi amillərərə baxmayaraq qardaş ölkənin şirkəti Azərbaycana böyük həcmdə investisiya qoyuluşuna qərar verib və bu da ölkəmizin növbəti uğurudur.
Leyla Müslümova - 107 saylı tam orta məktəbin tarix müəllimi