NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XİLASI VƏ DİRÇƏLİŞİ

NAXÇIVAN MUXTAR RESPUBLİKASININ XİLASI VƏ DİRÇƏLİŞİ Azərbaycan müstəqillik əldə edənə kimi uzun və keşməkeşli yol keçmişdir. XX əsrin 80- ci illərinin sonu, 90-cı illərinin əvvəllərində Azərbaycanda içtimai-siyasi hadisələr daha da çətin mürəkkəb yola qədəm qoymuşdur. Dövlətimiz olduqca çətin situasiya qarşıslnda qalmışdır. Xüsuilə Naxçıvan ərazisində ermənilərin əsassız ərazi iddiaları irəli sürməsi, mövcud hakimiyyətin ərazidə oynamağa çalışdığı oyunlar, ərazinin blokada şəraitində olması Muxtar Respublikanın içtimai-siyasi vəziyyətini çətinləşdirmişdir.
80- ci illərin ikinci yarısında Azərbaycanın bütün bölgələrində xüsusilə Naxçıvan ərazisində azadlıq mübarizəsi yeni siyasi yola qədəm qoymuşdur. Bu yolun qələbəyə çatması üçün əzimli xalqla yanaşı güclü siyasi liderə də ehtiyac var idi. Məhz Heydər Əliyev də belə şəxs idi.
Ulu Öndər Heydər Əliyev hakimiyyətinin bütün dövrlərində Azərbaycan xalqının və dövlətinin mənafeyi uğrunda mübarizə aparmışdır. Belə bir çətin siyasi dövrdə 1991-ci il sentyabrın 3- də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümumilli lider Heydər Əliyevin uğurlu fəaliyyəti və səyləri nəticəsində Muxtar Respublikada soial-iqtisadi vəziyyət yaxşılaşdı. Heydər Əliyevin sədr seçilməsi Azərbaycan xalqının taleyində mühüm siyasi əhəmiyyətə malik tarixi hadisədir.
Müharibənin davam etdiyi bir dövrdə islahatlar keçirmək, köklü dəyişikliklər etmək güclü siyasi iradə, diplomatiya bacarığı tələb edir. Ulu Öndər Heydər Əliyev keçirdiyi islahatlar nəticəsində buna nail olmuşdur. Bu dövrdə Naxçıvanda dövlət quruculuğu və idarəetmənin təkmilləşdirilməsi yönündə böyük işlər görülmüşdür.
Ulu Öndər Heydər Əliyev dövrünün güclü siyasi lideri olmaqla yanaşı həm də özündən sonra müstəqil Azərbaycanı qoruyacaq, layiqincə idarə edəcək rəhbəri də yetişdirmişdir.


Sabunçu rayonu, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə

Oxşar xəbərlər