Xalqın səsini qazanan, ölkəni böyük bəlalardan, faciələrdən xilas edən, ölkədə sabitlik, əmin-amanlıq yaradan, Ulu öndər Heydər Əliyev 3 oktyabr 1993-cü ildə prezident seçilmişdir. Bu seçim müstəqil Azərbaycan üçün ilk qurtuluş pilləsi olmuşdur. Ümummilli lider ilk növbədə respublikamızın sosial iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitliyi bərqərar etmişdi. Ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin qorunması və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması üçün ordu quruculuğu istiqamıtində təxirəsalınmaz tədbirlər görmüşdür.
Ulu öndər Heydər Əliyev hadisələrə praqmatik yanaşan, qlobal düşüncəli, geniş dünyagörüşlü, tarixi şəraitdən düzgün baş çıxaran, nəhəng bir siyasətçi idi. O ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edərək, xalqın məhəbbətini qazanan uzaqgörən siyasətçi və müdrik rəhbər olduğunu təsdiq etmişdir. Müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətinliklərin, problemlərin həllini, xalqı bu çətinliklərdən xilas edə biləcək yeganə xilaskar rəhbər Heydər Əliyevdə görürdü.
Natiqlik məharəti, söz demək bacarığı, dərin və məntiqli nitqi, müzakirə olunan məsələlərin yüksək səviyyədə ümumiləşdirmək bacarığının olması onu dinləyənləri məftun edirdi.
Tarixi,milli adət ənənələri özundə cəmləşdirərək azərbaycanlılıq idealogiyasını əks etdirən, təkcə dövlətin ərazisində yaşayan yox, bütün dünyada yaşayan azərbaycanlıları vahid ideologiya ətrafında birləşdirərək, dövlətin qüdrətinin artmasında mühüm siyasi amilə çevirmişdi.
Ulu Öndər Heydər Əliyev hakimiyyətinin qısa dönəmində müasir innovativ inkişaf modeli quraraq, ölkəyə investisiya axınını sürətləndirilməsi istiqamətində tədbirlər görmüşdür.
Milli dövlətçiliyin, milli mənafyin ifadəçisi kimi Umumilli Lider antimilli qüvvələrin qarşısına sipər çəkərək Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum neft kəmərinin çəkilməsinə nail olmuşdur.
İnsan hüquqlarının qorunması nəticəsində, qadın siyasəti dövlət səviyyəsinə qaldırılmış, qadın hüquqları qorunmuş, onlara yüksək imtiyazlar verilmişdir. Dövlət siyasətinin həyata keçirilməsində, qanunların qəbul olunmasında qadınların iştirakı Heydər Əliyev siyasətinin ayrılmaz hissəsi olmuşdur.
Ulu Öndər Heydər Əliyevin neft strategiyası səhəsində imzaladığı “Əsrin müqaviləsi” Azərbaycan neftinin Bakı-Novorossiysk və Bakı-Subsa neft kəməri ilə dünya bazarına çıxarmışdır.
Ulu Öndərin möhkəm təməllər üzərində əsasını qoyduğu xarici siyasət nəticəsində Azərbaycanın nüfuz və mövqeyini gücləndirmişdi. Ermənistan-Azərbaycan münaqişəsini beynəlxalq hüquqi normalar əsasında, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanması ,istiqamətində beynəlxalq tədbirlərdə və sammitlərdə danışıqlar apararaq Ermənistanın işğalçı siyasətinin pislənməsinə və bəyənatların qəbul olunmasına nail olmuşdur.
Sabunçu qəsəbəsi, 311 saylı tam orta məktəbin
müəllimi Həmidə Muradova