Mərkəzi Muğan Kollektorlarının İstismarı idarəsinin rəisi Qasım Qasımov - Bu gün Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində, onun hüdudlarından kənarda geniş və təntənə ilə qeyd olunur.
Böyük azərbaycanlı, Ümummilli Lider kimi əbədilik qazanan Heydər Əliyevin Vətəni, xalqı qarşısında misilsiz xidmətlərinə görədir ki, dahi şəxsiyyət hər zaman yüksək ehtiram və dərin minnətdarlıq hissi ilə yad edilir. Xalq qarşısında əvəzsiz tarixi xidmətləri, mənalı və şərəfli həyat yolu ilə Heydər Əliyev dünya tarixinə böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi əbədi həkk olunub.
Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan Ümummilli lider Heydər Əliyevin xarakterində doğma xalqına bağlılıq, el-obaya məhəbbət hisləri hər zaman öndə gəlirdi. Gənc yaşlarından yüksək vəzifələrə layiq görülmüş dahi şəxsiyyət Azərbaycan xalqının məsuliyyətini, yükünü çiyinlərinə götürüb. Həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilən Azərbaycan bu günə heç də asanlıqla nail olmayıb. Dahi şəxsiyyət, praqmatik lider, müdrik dövlət xadimi Heydər Əliyevin ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rolu olub. Bu gün elini-obasını sevən hər bir azərbaycanlı milli qurtuluşdan başlanan yolda əldə edilən uğurların əsas müəllifi Ümummilli Lider Heydər Əliyevlə fəxr edir.
Ulu Öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan dahi şəxsiyyətin, daim xalqına arxalanan Ümummilli Liderin xilaskarlıq missiyası ilə müstəqilliyini qorudu, bütün sahələrdə tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Dahi şəxsiyyətin hakimiyyətə gəlişi ilə dövlət idarəçiliyi mexanizmi yenidən yaradıldı, nizami ordu quruldu, genişmiqyaslı siyasi, hüquqi, iqtisadi, sosial və mədəni islahatlar həyata keçirildi. Ən əsası isə xalqımızın milli birliyi və həmrəyliyi təmin olundu. Məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımız çoxdan arzusunda olduğu əsil müstəqilliyinə qovuşdu. XX əsrin 90-cı illərinin əvvəlindı məhv olmaq təhlükəsi qarşısında qalan dövlətimiz Ulu Öndərin sayəsində AXC-Müsavat iqtidarının siyasi səriştəsizliyinin yaratdığı dərin böhrandan qurtularaq sarsılmaz və əbədi oldu.
Yeniləşən, müasirləşən, demokratikləşən dövlətimizin qazandığı bütün nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır. Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı – Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında addımlayır. Hər an fəxrlə, qürurla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan Ulu Öndərimizn layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixinin ən qüdrətli dövrünü yaşayır.