XX əsrin 90-cı illərində yenicə müstəqillik yoluna qədəm qoymuş ölkəmizdə dövlətçiliyi qoruyub saxlamaq üçün ölkə rəhbərliyində təcrübəli, qətiyyətli siyasi liderə ehtiyac vardı. Belə olan halda xalqımız haqlı olaraq xilas yolunu böyük oğluna müraciət etməkdə gördü. Ümummilli lider Heydər Əliyev xalqının ümidlərinə işıq olmaq üçün 1993-cü 15 iyunda Bakıya gəldi və bununlada onun Azərbaycanda siyasi hakimiyyətinin tamamilə fərqli, həlledici bir dövrü başlandı. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirilmiş, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyulmuş və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs əldəolunmuşdur.Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır .
Ulu Öndər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu məsələsini daim diqqət mərkəzində saxlamış və bu istiqamətdə mühüm islahatların reallaşdırılmasını təmin etmişdir.
Ümummilli liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin tarixində hakimiyyət bölgüsü prinsipini, demokratik və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarını, insan hüquq və azadlıqlarının qeyd-şərtsiz təmin olunmasının bünövrəsini qoymuşdur.
Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktınıbeynəlxalq təşkilatların siyasi gündəliyinə gətirən Heydər Əliyev. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan xarici siyasət kursunun mühüm prioritetlərindən birini Ermənistan-Azərbaycanmünaqişəsinin beynəlxalq hüquq normaları əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilməsi təşkil etmişdir. Məhz Ümummilli Lider Heydər Əliyevin gərgin əməyi və ardıcıl səyləri nəticəsində bu problemin həllinə yönəlik məqsədyönlü, sistemli və davamlı addımlar atılmış və məsələnin mahiyyəti dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.Elə onun uğurli siyasətinin davamı olaraq İlham Əliyev ona miras qoyulmuş bu çətin misyanın öhdəsindən rəşadətlə gəldi.
Ulu Öndərin İlham Əliyevi azərbaycançılıq ruhunda böyütməsi, ona xalqının səsi olması öyüdlərini verməsi sözdə qalmamışdı. O, öz xalqının xilaskar Ali Baş Komandanına çevrildi.
Sabunçu rayonu, 75 nömrəli tam orta məktəbin
tarix müəllimi Kamilə Qurbanova