Tarix sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əhəmiyyətli rola malikdir. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda tarixin yeni bir dövrü başlandı. 1991-ci ildə SSRİ-nin dağılması ilə ona daxil olan 15 dövlətin müstəqil dövlət olmnasına baxmayaraq sadəcə bir qismi həqiqətən də müstəqil olmağı reallığa çevirə bildi. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur. O, qısa müddətdə ölkəyə investisiya axınını stimullaşdıran müasir innovativ inkişaf modelinin gerçəkləşdirilməsinə, beynəlxalq müqavilələrin imzalanmasına nail olmuş, eyni zamanda sahibkarlığa, sərbəst rəqabətə yol açan sosialyönümlü iqtisadiyyat modelinin əsasını qoymuşdur.
Azərbaycanın demokratik dəyərlər əsasında dayanıqlı inkişafını təmin etmək istiqamətində Ulu Öndər Heydər Əliyev tərəfindən atılan ən mühüm addımlardan biri də müstəqil Azərbaycanın yeni Konstitusiyanın qəbulu oldu.
Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə ölkəmizdə bütün sahəhələr üzrə taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətinin iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. Bu gün ölkəmizin inkişafı, tərəqqisi, Ulu Öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsidir. Bu siyasi xətt Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Ulu Öndər Heydər Əliyev də var olacaq və ideyaları yaşayacaqdır.
Natiq Musayev-Bakı Dövlət Sosial İqtisad Kolleci-Təcrübə rəhbəri