XX əsrin 90-cı illərinin əvvəlində Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqları sarsılmış, İttifaqa daxil olan ölkələrdə hərc-mərclik baş qaldırmışdır. Bu dövrdə Naxçıvanın blokada şəraitində olması orada vəziyyəti daha da gərginləşdirmişdir. İlk növbədə milli dövlətçilik ənənələrinin bərpa edilməsi üçün islahatlar keçirildi. Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı, Naxçlvan Ali Məclisin I sessiyasında ilk dəfə üçrəngli bayraq qaldırıldı.
1993-cü il oktyabr ayının 3-də keçirilən prezident seçkilərinə əsasən xalqın dərin etimadı ilə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən fəaliyyəti ilə dövlətçilik tariximizdə yeni bir yol açdı.
Ulu Öndər Heydər Əliyev öz çıxışında qeyd etmişdir: “Mən əminəm ki, biz Azərbaycanın müstəqilliyini qoruyacağıq, saxlayacağıq və gələcək nəsillərə müstəqil, yüksək iqtisadiyyata və potensiala malik olan bir dövlət bəxş edəcəyik”.
Ulu Öndər Heydər Əliyev Prezident seçildikdən sonra ölkədə siyasi sabitliyə nail olundu. Eyni zamanda müxtəlif sahələrdə islahatların keçirilməsi sürətli inkişafa zəmin yaratdı. Qısa vaxda islahat keçirilən bütün sahələrdə uğurlar əldə edildi.
Ulu Öndər Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynamışdır. Böyük xidmətlərindən sonra Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.
Bakıxanov qəsəbəsi, 72 saylı tam orta məktəbin
tarix müəllimi Həsənzadə Damla