
Ulu Ondərin milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi xidmətlər misilsizdir. Azərbaycan dövlətçiliyinin sınağa çəkildiyi ağır, çətin vaxtlarda ilk dəfə onun rəhbərliyi ilə xalqımız Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında birləşdi. Bu gün bütün dünya azərbaycanlıları üçün vahid birləşdirici faktor olan Azərbaycançılıq ideologiyasının əsasını qoymaqla, Heydər Əliyev milli-mənəvi dəyərlər sistemimizi daha da gücləndirmişdir.
1993–2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. 2003-cü ildən sonrakı dövr isə böyük yolun davamı kimi dəyərləndirilir. Bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunu layiqincə davam etdirən Möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycanın dövlət müstəqilliyini daha da möhkəmləndirmişdir. Dünyada baş verən qlobal böhran fonunda, eləcə də son bir ildə bütün dünyanı cənginə almışkoronavirus pandemiyası dövründə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş milli iqtisadi inkişaf modelinin möhkəm təməllər üzərində qurulmasının əyani göstəricisidir. Məhz Ulu Öndər tərəfindən qoyulmuş siyasi kursun bütün bu illər ərzində Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi bu gün uzun illərdən bəri hamımızı narahat edən ən vacib problemin həllini – işğal olunmuş torpaqlarımızın azad edilməsini təmin etmiş, Azərbaycanı yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtmışdır.
Həsənova Ulduz, 21 N-li şəhər poliklinikasının baş həkimi