Konstitusiya hər bir dövlətin ali məqsədlərini özündə əks etdirən mühüm dövlət sənədidir. Burada əks olunan maddələr dövlətin siyasi, iqtisadi və hüquqi sistemlərin əsaslarını təsbit edir və Ali hüquqi qüvvəyə malikdir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə Konstitusiya qəbul etmək mümkün olmasa da, Azərbaycanın yenidən Sovet Rusiyası tərəfindən işğalından sonra Konstitusiya qəbul edilmişdir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ildə qəbul edilmişdir. 1925- cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbulu ilə əlaqədar 1 il sonra Azərbaycan SSR-in ikinci Konstitusiyası qəbul edildi. 1978-ci ildə isə Azərbaycan SSR- in sonuncu Konstitusiya qanunu qəbul edildi. Ulu Öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründə qəbul edilən bu qanunda Heydər Əliyevin təklifi ilə Azərbaycan dilinə dövlət dili statusunun verilməsi dövlətçiliyimiz üçün atılmış mühüm addım idi.
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra müstəqil Azərbaycan Respublikasının Konstitusiya layihəsinin hazırlanmasına başlanılmışdır. Nəhayət 1995-ci il noyabr ayının 12-də müstəqil Azərbaycanın Konstitusiya qanunu qəbul edildi. Bu hadisə Ulu Öndər Heydər Əliyevin dövlətçiliyimiz üçün göstərdiyi ən böyük xidmətlərdən biridir.
Azərbaycan Respublikasının Konstitusiyasında dövlətin, cəmiyyətin inkişafının hüquq bazası, vətəndaşlarının əsas hüquq və azadlıqlarını müəyyən edən, dövlətin strateji fəaliyyət istiqamətlərini müəyyən edən müstəqil dövlət quruculuğu prossesini tənzimləyən dövlət sənədidir.
Bakıxanov qəsəbəsi, 72 nömrəli məktəb-liseyin
tarix müəllimi Damla Həsənzadə