“Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti üçün yaxşı şərait yaradılıb, alman şirkətləri ilə uğurlu təcrübəmiz var, ölkələrimiz arasında sənaye, ticarət və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlıq əlaqələri mövcuddur”.
Bu barədə Prezident İlham Əliyev Münhenə səfəri çərçivəsində Almaniya Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşündə bildirib.
Dövlətimizin başçısı 2022-ci ildə Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin genişlənməsini yüksək qiymətləndirib, qarşılıqlı ixracın artmasını müsbət amil kimi dəyərləndirib.
Prezident İlham Əliyev Mixael Harms ilə söhbət əsnasında Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu və Avropa İttifaqı ilə ölkəmiz arasında sıx münasibətlərin mövcudluğunu vurğulayıb.