“İslam dövləti” (İŞİD) yeni rəsmi nümayəndəni təyin edib.
Abi al-Hasan al-Muhadjir İŞİD-in yeni nümayəndəsi olub.
O, yeni postunda ilk nitqində müsəlmanları bütün bədbəxtlikləri səbrlə daşımağa çağırıb və onlara gələcəkdə mükafat söz verib. Abi al-Hasan al-Muhadjir bildirib ki, Yer kürəsində “xaçlı ABŞ və Avropa, kommunist Rusiya, İrandan atəşpərəstlər, Türkiyədən sekulyaristlər, ateist kürdlər, həmçinin çoxsaylı kafirlər və bütpərəst ərəblər” İŞİD və bütün müsəlmanlara qarşı çıxıb.
O, İŞİD-in tərəfdarlarını bütün dünyada türk hərbçiləri, biznesmenlər, jurnalistlər və səfirlik əməkdaşlarına hücum etməyə çağırıb.
Abi al-Hasan al-Muhadjirin sələfi olan Abu Məhəmməd əl-Adnani bu ilin avqustunda Suriyanın Hələb vilayətində öldürülüb. ABŞ 39 yaşlı əl-Adnaninin başı üçün beş milyon dollar mükafat təyin etmişdi. O, İŞİD-in “Emni” adlı xüsusi xidmət orqanına başçılıq edirdi. Çoxsəviyyəli struktur olan “Emni” polis və kəşfiyyatın funksiyalarını birləşdirir, terrorizmin ixracı ilə məşğul olurdu.(Publika.az)