İŞİD rus hərbi helikopterini vurub

İŞİD rus hərbi helikopterini vurub İŞİD terrorçuları Rusiyaya məxsus hərbi helikopteri vurublar.

Bu haqda İŞİD-ə yaxınlığı ilə bilinən "Amak" agentliyi informasiya yayıb.

Məlumata görə, markası və tipi hələ bilinməyən rus helikopteri Suriyanın Homs şəhəri yaxınlığındakı Huveysis qəsəbəsində vurulub.

İŞİD yaraqlılarının verdiyi məlumata görə, helikopter onların mövqelərini bombalayırmış və onu idarəolunan raketlə vurub salıblar.

Rusiya Müdafiə nazirliyi hələlik xəbəri nə təsdiq, nə də təkzib etməyib.

Oxşar xəbərlər