“Yaranan vəziyyətdə “demokratiya ixracı” cəhdləri günahkardır”
Beynəlxalq sabitliyin əsası “İslam dövləti” (İŞİD) terror qruplaşmasının ekspansiyasıdır.
Bu barədə aprelin 28-də Rusiya XİN rəhbəri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə müşavirənin plenar iclasında çıxış edərkən bildirib.
“Artıq İraq, Liviya, Suriyanı zəbt edən xaosun genişlənən məkanı müqayisəolunmaz miqyasda təhlükə doğurur, onun təzahürü isə “İslam dövləti”dir”, - nazir bildirib, o, İŞİD-in doğurduğu təhdid zərərsizləşdirilmədən “dünyada heç kəs özünü təhlükəsizlikdə hiss etməyəcəyini” bildirib.
Rusiya XİN rəhbəri Yaxın Şərqdə vəziyyətin “regionun siyasi xəritəsinin dağılmasının” başlanacağı həddə olduğu barədə xəbərdarlıq edib.
Yaranan vəziyyətdə, onun fikrincə, “demokratiya ixracı” və yaramaz rejimlərin güclə dəyişməsi günahkardır, bu, müsəlman dünyasında parçalanmaya səbəb olur.
Bundan başqa, XİN rəhbəri qeyd edib ki, Moskva BMT-nin Təhlükəsizlik Şurasının İŞİD-in maliyyələşdirilməsinə son qoyulması üzrə qətnamələri pozan dövlətlərə təzyiq göstərməyin tərəfdarı olduğunu qeyd edib.